Vakansiya haqqında
İş şəraiti
Ünvan:
Bakı şəhəri, Nizami rayonu, Babək prospekti 2360
İş
rejimi: 6 günlük
İş
saatları: Həftə içi : 09:30-17:30
6-cı
gün: 10:00-16:00
Nahar
şirkət tərəfindən təmin olunur.
Vəzifə öhdəlikləri
Şirkətin
Instagram, Facebook, LinkedIn və digər sosial media hesablarının gündəlik
idarə olunması;
Sosial
media üçün aylıq və həftəlik kontent planlarının hazırlanması;
Post,
story, reels və digər formatlar üçün mövzu və ideyaların hazırlanması;
Paylaşımlar
üçün mətnlərin (copywriting) hazırlanması və vaxtında yerləşdirilməsi;
Dizayner
və digər aidiyyəti əməkdaşlarla koordinasiyalı şəkildə kontentin
hazırlanmasının təşkili;
Sosial
media üzərindən daxil olan mesaj, rəy və sorğuların cavablandırılması və zəruri
hallarda aidiyyəti şöbələrə yönləndirilməsi;
İzləyicilərlə
aktiv və peşəkar kommunikasiyanın qurulması;
Sosial
media trendlərinin, aktual mövzuların və rəqiblərin fəaliyyətinin izlənilməsi;
Brendin
üslubuna və kommunikasiya standartlarına uyğunluğun təmin edilməsi;
Reklam
kampaniyalarının hazırlanmasında və idarə olunmasında iştirak;
Sosial
media göstəricilərinin — baxış, əhatə, engagement, izləyici artımı, klik və
müraciətlərin təhlil edilməsi;
Görülən
işlər və əldə olunan nəticələr üzrə aylıq hesabatların hazırlanması;
Sosial
media fəaliyyətinin inkişaf etdirilməsi üçün yeni ideya və təkliflərin təqdim
edilməsi.
Namizədə tələblər
Xanım
namizədlər
Yaş
aralığı: 20-30 yaş
Sosial
media və ya rəqəmsal marketinq sahəsində iş təcrübəsi;(minimum 6 ay)
Instagram,
Facebook, LinkedIn platformalarının iş prinsiplərini yaxşı bilmək;
Kontent
planlaşdırılması və sosial media strategiyası üzrə anlayış;
Azərbaycan
dilində yüksək səviyyədə yazılı və şifahi ünsiyyət bacarığı;
Kreativ
və düzgün mətn yazmaq bacarığı;
Sosial
media trendlərini və yeni kontent formatlarını izləmək;
Meta
Business Suite və reklam alətləri haqqında bilik;
Canva
və digər sadə dizayn/kontent alətləri ilə işləmək bacarığı üstünlükdür;
Analitik
düşüncə və sosial media nəticələrini təhlil etmək bacarığı;
Kreativlik,
operativlik, məsuliyyətlilik və detallara diqqət;
Eyni
anda bir neçə sosial media hesabını və tapşırığı idarə etmək bacarığı.
Əsas bacarıqlar
Social
Media Management
Content
Planning
Copywriting
Community
Management
Meta
Business Suite
Digital
Marketing
Content
Creation
Analytics
Trend
Research
Kreativ
düşüncə
Təklif olunur
800
AZN əmək haqqı;
Peşəkar
inkişaf imkanları;
Nahar
şirkət tərfindən təmin olunur.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
