Vakansiya haqqında
Vəzifə və öhdəliklər
İstifadəçilərin
gündəlik texniki müraciətlərinin qəbul edilməsi və operativ həlli
(kompüter, proqram təminatı, internet, telefon və s.).
Kompüter,
noutbuk, monitor, printer, skaner və digər ofis avadanlıqlarının
quraşdırılması, qoşulması və texniki dəstəyi.
Printerlərin
gündəlik texniki xidməti, kartriclərin dəyişdirilməsi və sadə
nasazlıqların aradan qaldırılması.
İş
yerlərində şəbəkə və digər kabellərin qoşulması, dəyişdirilməsi və
bağlantı problemlərinin aradan qaldırılması.
Windows,
Microsoft Office və Microsoft 365 üzrə istifadəçilərə ilkin texniki dəstəyin
göstərilməsi.
LAN,
Wi-Fi, internet və VPN bağlantılarında yaranan problemlərin ilkin
diaqnostikası.
IP-telefonların
qoşulması və sadə texniki nasazlıqlarının aradan qaldırılması.
Yeni əməkdaşlar
üçün iş yerlərinin hazırlanması: kompüter, domen hesabı, korporativ
e-poçt, telefon və tələb olunan proqram təminatı.
İT
avadanlıqlarının inventar uçotunun aparılması və yenilənməsi.
Texniki
müraciətlərin ticketing sistemində qeydiyyatı, izlənilməsi və vaxtında həll
edilməsi.
Zərurət
yarandıqda şirkətin müxtəlif obyektlərində yerində texniki dəstəyin göstərilməsi
Bilik və bacarıqlar
Windows
10/11 əməliyyat sistemlərinin quraşdırılması, sazlanması və texniki dəstəyi.
Microsoft
Office və Microsoft 365 tətbiqləri üzrə praktiki biliklər.
Active
Directory, domen hesabları və Group Policy haqqında ilkin biliklər.
Baza şəbəkə
bilikləri (TCP/IP, DHCP, DNS, LAN, Wi-Fi, VPN).
Printer,
skaner, IP-telefon və digər periferik avadanlıqların quraşdırılması və
sazlanması.
Kompüter
avadanlıqlarının əsas komponentləri və sadə hardware problemlərinin aradan
qaldırılması.
Ticketing
sistemləri ilə işləmək bacarığı (Jira, Zendesk və ya analoji sistemlər).
Texniki
problemlərin diaqnostikası və həlli (troubleshooting).
Ünsiyyət,
operativlik və komanda ilə işləmək bacarığı.
Namizədə tələblər:
Ali və
ya orta ixtisas texniki təhsili (arzuolunandır).
İT
texniki dəstək sahəsində minimum 1 il iş təcrübəsi.
Azərbaycan
və rus dillərində ünsiyyət bacarığı.
İngilis
dilində texniki sənədləri oxuyub anlamaq bacarığı.
Məsuliyyətlilik,
dəqiqlik və istifadəçi yönümlü yanaşma.
Sumqayıt,
Xırdalan və Masazır ərazisində yaşaması arzuolunandır
Biz təklif edirik:
Peşəkar
və inkişaf yönümlü iş mühiti
Praktiki
bilik və bacarıqları inkişaf etdirmək üçün şərait;
Karyera
inkişafı perspektivi
Əmək
haqqı: 700-800 AZN
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
