Vakansiya haqqında
ADA Universitetinə Təmizlik Xidməti Əməkdaşı tələb olunur.
Günlük vəzifə öhdəlikləri:
Gündəlik
təmizlik işlərini yerinə yetirmək;
Tədbirlərdən
sonra ərazinin səliqəsini təmin etmək;
Müəyyən
olunmuş ərazilərdə binaların çöl şüşələrinin yuyulması;
Binaların
daxilindəki ofislərdə xalçaların və yumşaq mebellərin (divan, kreslo və
s.) xüsusi texniki avadanlıq və təmizləyici vasitələrdən istifadə etməklə
yuyulması;
Yuyucu
və dezinfeksiyaedici maddələrin konsentrasiyası və onların təhlükəsiz
istifadəsi qaydalarına düzgün əməl etmək;
Təmizlik
avadanlıqlarından düzgün və səliqəli istifadə etmək bacarığı;
Gündəlik
iş zamanı meydana çıxacaq digər öhdəlikləri icra etmək;
Birbaşa
rəhbər tərəfindən tapşırılan digər aidiyyatı işləri yerinə yetirmək.
Zəruri tələblər:
Punktual,
səliqəli, məsuliyyətli və intizamlı olmaq;
Məxfiliyi
qorumaq bacarığı;
Komandada
işləmək bacarığı və mehriban davranış;
Tapşırıqları
yerinə yetirmək fiziki işə uyğunluq;
Arzuolunan
yaş aralığı 20-35;
Mərmər
və digər döşəmə səthlərinin müvafiq texniki avadanlıq və kimyəvi vasitələrlə
işlənməsi bacarığı;
Müvafiq
sahədə real iş təcrübəsi olan namizədlərə üstünlük veriləcəkdir.
Qeyd edək ki, elan edilən vakansiya bəy namizədlər üçün nəzərdə
tutulub.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
