Vakansiya haqqında
Bu vəzifə, tabeli qurumlarımızdan birinə axtarılır.
Vəzifə Öhdəlikləri:
Layihələr
üzrə memarlıq konsepsiyalarının hazırlanması və memarlıq layihələndirmə
işlərinin həyata keçirilməsi;
Memarlıq-planlaşdırma
həllərinin hazırlanması və müvafiq layihə sənədlərinin işlənib
hazırlanması;
Plan,
fasad, kəsik və digər zəruri memarlıq çertyojlarının hazırlanması;
Layihələrin
təsdiq edilmiş texniki tapşırığa, sifarişçi tələblərinə və müəyyən edilmiş
standartlara uyğunluğunun təmin edilməsi;
Layihə
sənədlərinin müvafiq tikinti norma və standartlarına uyğun hazırlanmasının
təmin edilməsi;
Memarlıq
həllərinin mühəndislik və digər layihə həlləri ilə koordinasiya edilməsi;
Layihə
sənədlərində tələb olunan dəyişiklik və düzəlişlərin həyata keçirilməsi;
Layihə
sənədlərinin müəyyən edilmiş müddətlərdə və tələb olunan keyfiyyət
standartlarına uyğun hazırlanmasının təmin edilməsi;
Sifarişçi,
layihə komandası və digər aidiyyəti tərəflərlə layihə məsələləri üzrə
koordinasiyanın həyata keçirilməsi;
Layihələndirmə
prosesində aşkar edilmiş uyğunsuzluqların müəyyən edilməsi və aradan
qaldırılmasının təmin edilməsi;
Müvafiq
daxili qaydalara, prosedurlara və etik davranış standartlarına riayət etmək.
Tələb Olunan Bilik və Bacarıqlar:
Ali təhsil
(Memarlıq və ya əlaqəli sahə üzrə Ali təhsil);
Müvafiq
sahə üzrə 3 il təcrübə;
Microsoft
Office proqramları (Word, Excel, PowerPoint) – peşəkar səviyyədə bilmək;
Azərbaycan
dilini mükəmməl, ingilis dili yaxşı və rus dili üstünlükdür;
Memarlıq
layihələndirməsi və planlaşdırılması;
Tikinti
norma, qayda və standartları ilə işləmə bacarığı;
Texniki
çertyojların hazırlanması və oxunması bacarığı;
Layihə
işlərini müəyyən edilmiş müddətlərdə tamamlamaq bacarığı.
Təklif Edilir:
Nahar
təminatı;
Mobil
nömrə təminatı;
Dinamik
mühitdə işləmək və inkişaf şansı;
Rahat
və müasir iş mühiti – şəhərin mərkəzində ofis.
Ünvan: Bakı, Sarabski küç. 75, Sarabski Plaza.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
