Vakansiya haqqında
Vəzifə öhdəlikləri:
Cəmiyyətin
korporativ hüquq məsələlərinin tam idarə edilməsi, təsis sənədlərinin,
nizamnamələrin, daxili qayda və reqlamentlərin hazırlanması və yenilənməsi;
Müşahidə
Şurasının və İdarə Heyətinin iclas protokol və qərarlarının hüquqi müstəvidə
düzgün tərtib edilməsi;
Müxtəlif
növ mülki-hüquqi, kommersiya və satınalma müqavilələrinin hazırlanması,
hüquqi ekspertizadan keçirilməsi və risklərin qiymətləndirilməsi;
Cəmiyyətin
dövlət orqanları (DVX, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət
Xidməti, Ədliyyə Nazirliyi və s.) və üçüncü tərəflərlə münasibətlərində
maraqlarının hüquqi baxımdan qorunması;
Məhkəmələrdə
və digər mübahisəedici orqanlarda cəmiyyətin maraqlarının təmsil olunması,
iddia ərizələrinin, şikayətlərin və digər prosessual sənədlərin
hazırlanması;
Cəmiyyət
fəaliyyətinin mövcud qanunvericiliyin tələblərinə uyğunluğunun
(Compliance) təmin edilməsi.
Dövlət
qurumları ilə yazışmaların aparılması və hüquqi proseslərin izlənilməsi
Namizədə Olan Tələblər:
Təhsil:
Ali hüquq təhsili (Bakalavr və ya Magistr);
İş təcrübəsi:
Korporativ hüquq sahəsində minimum 3–5 il iş təcrübəsi (mütləqdir);
Qanunvericilik
biliyi: Azərbaycan Respublikasının Mülki, Əmək, Mülki Prosessual və
İnzibati xətalar məcəllələrini mükəmməl bilmək;
Dil
bilikləri: Azərbaycan dili (mükəmməl), Rus və/və ya İngilis dili (biznes səviyyəsində
bilmək üstünlükdür);
Kompyuter
bilikləri: MS Office proqramları (Word, Excel, PowerPoint) və hüquqi
bazalarla işləmək bacarığı;
Bacıraqlar:
Müqavilə və korporativ sənədləşmə üzrə dərin təhlil aparmaq, hüquqi riskləri
öncədən müəyyən etmək və analitik düşüncə qabiliyyəti.
Şərtlər:
İş
qrafiki: 5 günülk
İş
saatları: 08:00–17:00
Nahar
şirkət tərəfindən verilir
Əməkhaqqı:
Namizədin biliyi və təcrübəsinə əsasən müsahibə əsasında təyin olunur (və
ya konkret məbləğ qeyd edə bilərsiniz).
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
