Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

Hikvision

Korporativ satış rəhbəri

BakıMənbə: HRIN.az

Vakansiya haqqında

· Korporativ satış strategiyasının hazırlanması və icrasını təmin etmək; · Satış hədəflərinin müəyyən edilməsi və nəticələrin davamlı izlənilməsi; · Yeni korporativ müştərilərin və layihələrin cəlb edilməsi; · Mövcud müştərilərlə münasibətlərin inkişaf etdirilməsi və uzunmüddətli əməkdaşlığın qurulması; · B2B və layihə satışlarının idarə olunması; · Tender və kommersiya təkliflərinin hazırlanması prosesində iştirak etmək; · Müştəri ehtiyaclarını təhlil edərək uyğun məhsul və həllərin təqdim olunmasını təmin etmək; · Danışıqlar aparmaq, müqavilə şərtlərini razılaşdırmaq və satış prosesini yekunlaşdırmaq; · Satış komandası üçün hədəflərin müəyyən edilməsi, iş bölgüsünün aparılması və komandanın inkişaf etdirilməsi; · Satış göstəriciləri üzrə hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi; · Debitor borclarının və müqavilə öhdəliklərinin izlənilməsi. · İş rejimi: Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun sənədləşmə · Həftə içi 5 iş günü saat 10:00-dan - 19:00-dək (şənbə günü növbəli və qısa iş günüdür) · Əmək haqqı: 1800-3000 (artan əmək haqqı + yüksək bonus) Tələblər: · Ali təhsil arzuolunandır; İT, iqtisadiyyat, biznesin idarə edilməsi və ya marketinq sahələri üzrə təhsili olan namizədlərə üstünlük verilir. · Texnologiya, elektronika, təhlükəsizlik sistemləri və ya əlaqəli sektorda iş təcrübəsi; · Satış və komanda idarəetməsi üzrə uğurlu təcrübə; · Satış planlaması və KPI-larla işləmək bacarığı; · MS Office, CRM, ERP və digər müvafiq proqramlarda istifadə təcrübəsi · Rus dili (Əla) , İngilis dili (arzu olunan) · Yaş : 26 – 40 Biz təklif edirik: • Şəhərin mərkəzində rahat ofis və çevik iş şəraiti • Yenilikçi və dinamik inkişaf edən şirkətdə işləmək • Rəqabətli əmək haqqı və müavinətlər paketi • Yeni ideya və yanaşmalara açıq mühit

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.