Vakansiya haqqında
Vəzifəyə tələblər:
Aqronomluq
və ya kənd təsərrüfatı sahəsi üzrə müvafiq ixtisasda ali təhsil;
Kənd təsərrüfatı
istehsalı və idarəetmə sahəsində minimum 5 il iş təcrübəsi; rəhbər vəzifədə
iş təcrübəsi arzuolunandır;
Komandanın
idarə edilməsi, iş bölgüsünün aparılması, qərarların qəbul edilməsi,
tapşırıqların icrasına nəzarət və münaqişələrin effektiv həlli bacarığı;
Kənd təsərrüfatı
istehsalının planlaşdırılması, aqrotexniki proseslər, büdcə və resursların
idarə edilməsi, istehsal göstəricilərinin təhlili üzrə bilik və
bacarıqlar;
Yüksək
liderlik, təşkilatçılıq, analitik düşünmə, ünsiyyət və qərarvermə
bacarıqları, məsuliyyətlilik və nəticəyönümlülük;
MS
Office proqramlarından istifadə bacarığı.
Vəzifə öhdəlikləri:
Müəssisənin
kənd təsərrüfatı fəaliyyətinin ümumi idarə edilməsini təşkil etmək,
istehsal proseslərini planlaşdırmaq və onların icrasına nəzarət etmək;
Əkin
dövriyyəsi, becəriləcək məhsul növləri, əkin sahələrinin bölgüsü və
istehsal həcmləri üzrə təklifləri nəzərdən keçirmək və təsdiq üçün rəhbərliyə
təqdim etmək;
Baş
aqronom tərəfindən təqdim olunan istehsal proqnozlarını, məhsuldarlıq göstəricilərini
və aqrotexniki tədbirlər planlarını təhlil etmək, zəruri təkmilləşdirmələrlə
bağlı təkliflər vermək;
Müəssisənin
illik, mövsümi, aylıq və gündəlik istehsal planlarının hazırlanmasını təşkil
etmək və təsdiq edilmiş planların icrasına nəzarət etmək;
Məhsuldarlığın
artırılması, istehsal xərclərinin optimallaşdırılması və əmək məhsuldarlığının
yüksəldilməsi məqsədilə tədbirlər hazırlamaq və onların icrasını təmin etmək;
Əməkdaşların
davamiyyətinə, iş vaxtından səmərəli istifadəsinə və əmək intizamına nəzarət
etmək, aşkar edilmiş pozuntular barədə müəyyən edilmiş qaydada aidiyyəti
struktur bölmələrə məlumat vermək;
İstehsal
planlarına uyğun olaraq büdcə layihələrinin və əməliyyat xərclərinin
hesablanması prosesində iştirak etmək, resurslardan səmərəli istifadəyə nəzarət
etmək;
Müəssisənin
istehsal fəaliyyəti üzrə gündəlik, həftəlik, aylıq, mövsümi və illik
hesabatların hazırlanmasını təşkil etmək, istehsal göstəricilərinin təhlilini
təmin etmək.
İş şəraiti
İş
ünvanı: Qubadlı
İş
qrafiki: 5 günlük, bazar ertəsi-cümə günləri 09:00-18:00
Nahar
və qalacaq yer şirkət tərəfindən təmin edilir.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
