Vakansiya haqqında
RS Global şirkəti komandamıza qoşulacaq, insan resursları
proseslərini idarə edə bilən, məsuliyyətli və ünsiyyət bacarıqları yüksək HR
menecer axtarır.
Namizədə dair tələblər
Rus
dilini yaxşı səviyyədə bilmək — mütləqdir;
İngilis
dili biliyi arzuolunandır;
Ünsiyyət
və müsahibə aparmaq bacarığı;
Məsuliyyətli,
intizamlı və təşəbbüskar olmaq;
İşləri
planlaşdırmaq və bir neçə prosesi koordinasiya etmək bacarığı;
Komanda
ilə işləmək və operativ qərar vermək bacarığı;
İnsan
resursları sahəsində bilik və ya təcrübə üstünlükdür.
Əsas vəzifə öhdəlikləri
İşə qəbul
prosesini idarə etmək: vakansiyaları yerləşdirmək, CV-ləri nəzərdən keçirmək
və namizədlərlə müsahibələr təşkil etmək;
Yeni əməkdaşların
işə uyğunlaşması (onboarding) prosesini koordinasiya etmək;
Əməkdaşların
şəxsi işləri və HR sənədləşməsinin düzgün aparılmasına nəzarət etmək;
Məzuniyyət,
davamiyyət və iş qrafikləri ilə bağlı prosesləri izləmək;
Əməkdaşlarla
bağlı gündəlik müraciət və məsələləri idarə etmək;
Rəhbərliklə
əməkdaşlıq edərək HR proseslərini təkmilləşdirmək və verilən tapşırıqları
vaxtında icra etmək.
Təklif edirik
1000
AZN əməkhaqqı;
Peşəkar
və işgüzar mühit;
İş
bacarıqlarına uyğun inkişaf imkanı.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
