Vakansiya haqqında
Arash Company komandasına elektronika sahəsində dərin
texniki biliklərə, güclü diaqnostika və problem həll etmə bacarığına malik
Elektronika Mühəndisi axtarır.
Bu vəzifənin əsas məqsədi tibbi, estetik, dermatoloji və
stomatoloji avadanlıqlarda istifadə olunan elektron plataların (PCB),
modulların və digər elektron komponentlərin komponent səviyyəsində
diaqnostikası, təmiri, bərpası və test edilməsidir.
Elektronika Mühəndisi əsasən şirkətin texniki bazasında
çalışaraq Servis Mühəndislərinə texniki dəstək göstərəcək. Sahədən gətirilən
nasaz plata və modulların sadəcə dəyişdirilməsi deyil, nasazlığın səbəbinin müəyyən
edilməsi, sıradan çıxmış komponentin tapılması, təmiri və avadanlığın yenidən
işlək vəziyyətə gətirilməsi bu vəzifənin əsas funksiyalarından biridir.
Əgər elektron sxemləri analiz etməyi, nasazlığın səbəbini
tapmağı və mürəkkəb texniki problemləri komponent səviyyəsində həll etməyi
sevirsənsə, səni komandamızda görməkdən məmnun olarıq.
Əsas vəzifələr
Elektron
plataların (PCB), elektron modulların və komponentlərin diaqnostikası;
Nasazlıqların
komponent səviyyəsində müəyyən edilməsi və aradan qaldırılması;
Elektron
sxemlərin və circuit diagram-ların oxunması və analiz edilməsi;
PCB-lərin
dəyişdirilməsi əvəzinə mümkün olduğu hallarda komponent səviyyəsində təmirinin
həyata keçirilməsi;
SMD və
Through-Hole komponentlərin lehimlənməsi və sökülməsi;
Multimetr,
osiloskop, laboratoriya enerji mənbəyi (power supply), siqnal generatoru və
digər elektron ölçü cihazlarından istifadə;
Power
supply-lar, kondensatorlar, MOSFET-lər, relelər, sensorlar, motorlar,
driver-lər və digər elektron komponentlərin diaqnostikası;
Təmir
edilmiş elektron plata, modul və komponentlərin test edilməsi və işlək vəziyyətinin
təsdiqlənməsi;
Nasaz
və istifadə olunmuş elektron hissələrin bərpası (refurbishment);
Servis
Mühəndisləri üçün ehtiyat hissələrinin əvvəlcədən hazırlanması,
yoxlanılması və test edilməsi;
Elektrik
kabellərinin, konnektorların və kabel birləşmələrinin hazırlanması və təmiri;
Ehtiyat
hissələrinin texniki vəziyyətinin yoxlanılması və uçotunun aparılmasına dəstək;
Mikroprosessorlar,
mikrokontrollerlər və embedded sistemlərlə işləmək;
Arduino,
STM32, PLC və oxşar platformalar üzrə texniki işlərin həyata keçirilməsi;
Firmware
və elektron idarəetmə sistemləri üzrə ilkin diaqnostikanın aparılması;
Texniki
problemlərin həlli üçün istehsalçıların servis manual-ları, elektron sxemləri
və digər texniki sənədlərinin araşdırılması;
Xarici
istehsalçıların texniki komandaları ilə ingilis dilində yazılı və şifahi
kommunikasiyanın aparılması;
Ehtiyac
yarandıqda Servis Mühəndisləri ilə birlikdə müştəri ünvanlarında mürəkkəb
texniki problemlərin həllində iştirak.
Namizədə tələblər
Elektronika
Mühəndisliyi, Elektrik Mühəndisliyi, Mexatronika, Biotibbi Mühəndislik,
Avtomatlaşdırma və İdarəetmə, Telekommunikasiya/Radio Mühəndisliyi və ya
digər uyğun texniki ixtisas üzrə ali və ya texniki təhsil;
Elektronika,
elektron avadanlıqların təmiri və ya əlaqəli sahədə 1-2 il iş təcrübəsi
üstünlük hesab olunur;
Güclü
praktiki elektronika biliklərinə malik yeni məzunların müraciətləri də nəzərdən
keçiriləcək;
PCB və
elektron avadanlıqların komponent səviyyəsində təmiri üzrə praktiki təcrübə
ciddi üstünlük hesab olunur;
Elektron
sxemləri oxumaq və analiz etmək bacarığı;
SMD və
digər elektron komponentlərlə işləmək və lehimləmə bacarığı;
Multimetr,
osiloskop və digər elektron ölçü cihazlarından sərbəst istifadə etmək
bacarığı;
Mikroprosessorlar,
embedded sistemlər, Arduino, STM32 və/və ya PLC üzrə bilik və praktiki təcrübə;
Sistemli
diaqnostika və nasazlığın kök səbəbini (root cause) müəyyən etmək
bacarığı;
İngilis
dili – minimum B2 səviyyəsi (mütləqdir);
İngilis
dilində texniki manual, sxem və datasheet-ləri sərbəst oxuyub anlamaq
bacarığı;
Rus
dilini bilmək üstünlük hesab olunur;
Yüksək
analitik düşüncə və detallara diqqət;
Səbirli
və sistemli işləmək bacarığı;
Mürəkkəb
texniki problemlərin həllinə maraq;
Yeni
texnologiyaları müstəqil öyrənmək və araşdırmaq bacarığı;
Məsuliyyətli,
təşəbbüskar və nəticəyönümlü olmaq.
İş şəraiti
İş
qrafiki: Bazar ertəsi – Cümə: 09:00 – 18:00
Şənbə:
09:00 – 15:00
İş
yeri: ARASH Company, F. İbrahimbəyov küç. 19, Bakı
İş
rejimi: Tam ştat, əsasən texniki baza/ofisdaxili
Əməkhaqqı:
Namizədin bilik və təcrübəsinə əsasən müəyyən ediləcək
Sınaq
müddəti: 3 ay
Sınaq
müddətində sabit əməkhaqqı ödənilir;
3
aylıq sınaq müddəti uğurla başa çatdıqdan sonra sabit əməkhaqqına əlavə
olaraq performansa əsaslanan bonus sistemi tətbiq olunur.
Biz nə təklif edirik?
Müasir
və yüksək texnologiyalı tibbi avadanlıqların elektron sistemləri ilə
praktiki işləmək imkanı;
Beynəlxalq
istehsalçıların texniki sənədlərinə və servis resurslarına çıxış;
İstehsalçıların
yerli və xarici texniki təlimlərində iştirak;
Xaricdə
keçirilən ixtisaslaşmış mühəndislik və servis təlimlərində iştirak
perspektivi;
Elektronika
və tibbi texnologiyalar sahəsində peşəkar inkişaf;
Performansa
əsaslanan bonus sistemi;
İş
üçün zəruri professional elektronika alətləri, ölçü cihazları və
avadanlıqlar;
İş
üçün noutbuk;
Korporativ
mobil nömrə;
Ofisdə
ödənişsiz nahar;
Korporativ
tədbirlər və komanda fəaliyyətləri.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
