Vakansiya haqqında
RESM Jewelry zərgərlik sənətini zövq, incəlik və yüksək xidmət
mədəniyyəti ilə birləşdirən premium brenddir. Komandamıza yalnız satış etməyi
bacaran deyil, RESM brendini peşəkar şəkildə təmsil edə bilən Luxury Sales
Consultant axtarırıq.
Əgər zərif ünsiyyətə, estetik zövqə və detallara xüsusi diqqət
yetirirsinizsə, sizi komandamızın bir hissəsi olmağa dəvət edirik.
İş şəraiti
6
günlük iş qrafiki
İş
yeri: 28 May metrosu yaxınlığı
Azərbaycan
Respublikasının Əmək Məcəlləsinə uyğun rəsmi əmək müqaviləsi
Peşəkar
və dəstəkləyici iş mühiti
Əmək haqqı namizədin peşəkar təcrübəsi, bilik və bacarıqları
nəzərə alınmaqla, müsahibənin nəticələrinə əsasən müəyyən edilir.
Əsas öhdəliklər
Müştəriləri
gülərüz və peşəkar şəkildə qarşılamaq, premium xidmət standartlarına uyğun
alış-veriş təcrübəsi yaratmaq.
Müştərinin
ehtiyac və zövqünü düzgün müəyyən edərək ona ən uyğun zərgərlik məmulatlarını
təqdim etmək.
Məhsulların
xüsusiyyətləri, materialı, dizaynı və istifadə qaydaları barədə ətraflı və
düzgün məlumat vermək.
Satış
prosesini yüksək xidmət etikası və müştəri məmnuniyyəti prinsiplərinə
uyğun idarə etmək.
Vitrinlərin
estetik görünüşünü, səliqəsini və premium təqdimat standartlarını daim
qorumaq.
Müştəri
məlumatlarını daxili sistemə daxil etmək və müştəri bazasının inkişafına dəstək
vermək.
Tələblər
Xanım
namizədlər
Yaş:
20–45
Azərbaycan
və rus dillərində sərbəst ünsiyyət bacarığı
İngilis
dili biliyi üstünlükdür
Satış
və ya müştəri xidməti sahəsində iş təcrübəsi
Yüksək
ünsiyyət və təqdimat bacarığı
Estetik
zövq, etiket və davranış mədəniyyəti
Məhsullara
qarşı diqqətli, məsuliyyətli və səliqəli olmaq
Komandada
işləmək bacarığı və nəticəyönümlü yanaşma
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
