Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

Pulsmed

Şəxsi Sürücü (Rəhbərlik üçün)

BakıMənbə: HRIN.az

Vakansiya haqqında

İş şəraiti İşəgötürən: PulsMed MMC İş yeri: Bakı, Yasamal rayonu İş rejimi: 6 günlük (09:00–18:00) Əmək haqqı: 700 Azn Vəzifə öhdəlikləri -Şirkət tərəfindən təhkim olunmuş minik avtomobilini idarə etmək; -Rəhbərliyin gündəlik iş cədvəlinə və tapşırıqlarına əsasən ünvanlara vaxtında çatmanı təşkil etmək; -Səfərlər zamanı punktuallığa, etik davraniş qaydalarına və mütləq konfidensiallığa (məxfiliyə) riayət etmək; -Gündəlik marşrutu planlamaq, GPS/naviqasiya tətbiqlərindən istifadə edərək optimal yolu seçmək; -Yol hərəkəti və təhlükəsizlik qaydalarına tam riayət etmək, təhlükəsiz sürücülük prinsiplərinə əməl etmək; -Avtomobili təmiz və səliqəli saxlamaq və həmçinin avtomobilin texniki vəziyyətinə gündəlik nəzarət etmək (yağ, soyuducu, təkər təzyiqi, işıqlar və s.); -Planlı texniki baxış və servis işlərinin vaxtında keçirilməsi üçün mütəmadiyyən avtomobili yoxlatdırmaq və zəruri işləri gördürmək; -Yanacaq çekləri, yol vərəqələri və marşrut hesabatlarını düzgün və dəqiq aparmaq; -Fövqəladə və insident hallarında operativ reaksiya vermək və rəhbərliyə dərhal məlumat vermək; -Rəhbərlik tərəfindən verilən digər tapşırıqları vaxtında və məsuliyyətlə yerinə yetirmək. Tələblər -Yaş həddi: 30 - 45 -İş təcrübəsi: 1 ildən 3 ilə qədər şəhərdaxili (Bakı) sürücülük təcrübəsi; -Sürücülük vəsiqəsi: ən azı B kateqoriya; C kateqoriya olanlara üstünlük verilir; -Bakı şəhərinin küçə və rayonlarını yaxşı tanımaq, marşrut seçimini çevik etmək bacarığı; -Yol hərəkəti qaydalarını yüksək səviyyədə bilmək və intizamla əməl etmək; -Təmkinli, məsuliyyətli, diqqətli və etibarlı olmaq; -Təmiz sürücülük tarixçəsi (ciddi pozuntular və cəza balları olmamalıdır); -Avtomobilin ilkin nasazlıqlarını ayırd etmək və zəruri hallarda təhlükəsiz müdaxilə etmək bacarığı; -Smartfon və naviqasiya tətbiqlərindən, həmçinin əsas ofis tətbiqlərindən (məs., WhatsApp, e-mail) istifadə bacarığı; -Azərbaycan dili sərbəst; Rus və/ya İngilis dili bilikləri üstünlükdür.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.