Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

Bahar Enerji Əməliyyat Şirkəti

Sürücü Avtokran Maşinisti

BakıMənbə: HRIN.az

Vakansiya haqqında

İş şəraiti Ünvan: Qum Adası, Bakı, Azərbaycan İş qrafiki: 08:00 – 17:00 (Bazar ertəsi – Cümə) Nəqliyyat: Şirkət tərəfindən servis avtobusları ilə təmin olunur (işə gediş-gəliş) Vəzifə haqqında Sürücü Avtokran Maşinisti vəzifəsinin məqsədi sahə/baza və tikinti/anbar ərazilərində avtokran və Manitou (teleskopik yükləyici) vasitəsilə qaldırma, yükləmə-boşaltma və yüklərin yerinin dəyişdirilməsi əməliyyatlarının fasiləsiz və təhlükəsiz icrasının təmin edilməsi, avadanlığın saz vəziyyətdə saxlanılması, yükqaldırma planına/iş icazəsinə (PTW), istehsalçı təlimatlarına və HSE tələblərinə tam riayət edilməsidir. Əsas vəzifə öhdəlikləri -Verilmiş tapşırıqlara uyğun olaraq avtokran və Manitou ilə yüklərin və avadanlıqların qaldırılmasının, yüklənməsinin, boşaldılmasının və yerinin dəyişdirilməsinin həyata keçirilməsi. -İşə başlamazdan əvvəl və iş sonunda avadanlığın gündəlik texniki baxışının aparılması (tormoz, işıqlandırma, siqnal, hidravlik sistem, şinlər, vinç, qarmaq bloku, buom/ox, stabilizator/ayaqlar, idarəetmə sistemləri və s.). -İş zonasının qiymətləndirilməsi: torpaq dayanıqlığı, maililik, maneələr, üst hava xətləri, yaxınlıqda olan qurğular və insanların təhlükəsiz məsafəsi; tələb olunan qoruyucu zonaların və xəbərdarlıq nişanlarının təmin edilməsi. -Avtokranın quraşdırılmasının təhlükəsiz icra edilməsi: səthin hamarlanması, stabilizatorların tam açılması, dayaqlıq altlıqlarından istifadə edilməsi və avadanlığın səviyyəyə gətirilməsi. -Yükqaldırma əməliyyatlarının yalnız təsdiqli yükqaldırma planı, siqnalçı rəhbərliyi və təhlükəsizlik qaydalarına uyğun icra edilməsi; icazə verilən yükqaldırma qabiliyyətinin aşılmamasının təmin edilməsi. -Stroplama və rigging avadanlıqlarının (sapan, şakel, qarmaq, traverz və s.) sertifikatlı və saz olmasının yoxlanılması; zədələnmiş avadanlıqdan istifadə edilməməsinin təmin edilməsi. -Yükün balansını, buomun çıxıntısını və dönmə/uzatma bucaqlarını nəzərə alaraq qaldırma, fırlatma, teleskoplama və endirmə əməliyyatlarının rəvan və təhlükəsiz icra edilməsi; külək və digər məhdudiyyətlər olduqda işin dayandırılması. -Manitou ilə yük daşıyarkən yükün mümkün qədər aşağıda saxlanılması, sürət limitlərinə riayət edilməsi, dönmələrin ehtiyatla edilməsi və maili səthlərdə istehsalçı limitlərinin aşılmamasının təmin edilməsi. -Avadanlığın sahə daxilində və ya obyektlər arasında hərəkətinin/daşınmasının təhlükəsiz təşkil edilməsi: buomun bərkidilməsi, qarmağın sabitlənməsi, əlavə avadanlığın bağlanması və yol hərəkəti qaydalarına riayət edilməsi. -Nasazlıq, qeyri-standart səs/sızma, aşma riski və ya digər təhlükəli vəziyyətlərdə işin dərhal dayandırılması, ərazinin təhlükəsizləşdirilməsi və rəhbərliyin/HSE-nin məlumatlandırılması. -Gündəlik yoxlama vərəqləri, yükqaldırma əməliyyat qeydləri, yürüş/yanacaq və texniki xidmət barədə hesabatların düzgün aparılması və vaxtında təqdim edilməsi. -Avadanlığın təmizliyinin, sazlığının və texniki xidmət qrafikinə uyğun qulluq tədbirlərinin təmin edilməsi. Kvalifikasiya tələbləri: -Orta ixtisas və ya peşə təhsili -Avtokran şassisinin idarəsi üçün müvafiq kateqoriyalı etibarlı sürücülük vəsiqəsi -Avtokran operatoru və Manitou (teleskopik yükləyici) operatoru üzrə təlim/sertifikat -Avtokranın və Manitou-nun quruluşu, idarəetmə sistemləri, hidravlik və elektrik hissələri; stabilizatorların və təhlükəsizlik sistemlərinin iş prinsipi üzrə biliklər -Yükqaldırma qabiliyyət cədvəllərinin (load chart), iş radiusunun, buom bucağı/uzunluğu və asqı konfiqurasiyalarının hesablanması və tətbiqi -Rigging/stroplama avadanlıqları, siqnal qaydaları (hand signals/radio), təhlükəli zonaların təşkili və qaldırma əməliyyatlarının təhlükəsiz icrası -PTW, LOTO və obyekt daxili prosedurlar; elektrik xətləri yaxınlığında iş, külək məhdudiyyətləri və aşma risklərinin idarə olunması -Gündəlik inspeksiya, nasazlıqların ilkin diaqnostikası, yağlama/servis tələbləri və istehsalçı təlimatlarına uyğun istismar -Damba yolu və məhdud sahə ərazilərində hərəkət qaydaları və təhlükəsiz idarəetmə tələbləri üzrə biliklər Təklif edirik: -Peşəkar inkişaf və davamlı öyrənmə imkanları. -Əhəmiyyətli və təsirli layihələrdə iştirak imkanı. -Şirkət tərəfindən nəqliyyat xidməti. -Rahat və komanda yönümlü iş mühiti. -Rəqabətədavamlı əmək haqqı və sosial paket.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.