Vakansiya haqqında
Vəzifənin məqsədi
-Layihə
Menecerinin əsas məqsədi tikinti layihələrinin müqavilə şərtlərinə, təsdiq
edilmiş qrafikə, büdcəyə, keyfiyyət və əməyin mühafizəsi tələblərinə uyğun
icrasını təmin etmək, resursları səmərəli idarə etmək və layihənin
vaxtında tamamlanmasına nail olmaqdır.
Əsas vəzifə və öhdəliklər
-Tikinti
layihəsinin planlaşdırılması, təşkili və gündəlik icrasına ümumi rəhbərlik
etmək.
-Layihənin
iş qrafikini razılaşdırmaq, icrasına nəzarət etmək və gecikmə riskləri
yarandıqda qabaqlayıcı tədbirlər görmək.
-Satınalma
prosesinin vaxtında planlaşdırılmasını və material, avadanlıq və xidmətlərin
iş qrafikinə uyğun sahəyə çatdırılmasını təmin etmək.
-Tikinti
sahəsində çalışan Tikinti Rəhbəri, mühəndislər, briqadalar, subpodratçılar
və təchizatçılar arasında səmərəli koordinasiyanı təmin etmək.
-Layihənin
müqavilə çərçivəsində icrasına, iş həcmlərinə və əlavə işlərin düzgün müəyyənləşdirilməsinə
nəzarət etmək.
-Layihənin
faktiki gedişatını planla müqayisə etmək, mütəmadi hesabatlar hazırlamaq və
rəhbərliyə təqdim etmək.
-Layihə
üzrə insan resurslarının, tikinti texnikasının və materialların səmərəli
istifadəsini təmin etmək.
-Görülmüş
işlərin keyfiyyətinə, texniki sənədləşməyə və gizli işlərin müvafiq
qaydada rəsmiləşdirilməsinə nəzarət etmək.
-Əməyin
mühafizəsi, texniki təhlükəsizlik və ətraf mühit tələblərinə riayət
olunmasını təmin etmək.
-Sifarişçi,
layihəçi, texniki nəzarət və digər maraqlı tərəflərlə işgüzar əlaqələri və
operativ koordinasiyanı həyata keçirmək.
-Layihə
üzrə yaranan problemləri vaxtında müəyyən etmək, riskləri qiymətləndirmək
və həll yollarını təklif etmək.
-Layihənin
təhvil-təslim prosesini, icra sənədlərinin və faktiki vəziyyətə uyğun
(As-Built) sənədlərin tamamlanmasını koordinasiya etmək.
Namizədə tələblər
-Tikinti
mühəndisliyi, mülki tikinti və ya müvafiq sahə üzrə ali təhsil.
-Tikinti
layihələrinin idarə edilməsi üzrə minimum 3 il iş təcrübəsi.
-Tikinti
sahəsində işlərin təşkili, iş qrafiklərinin idarə edilməsi və resurs
planlaşdırılması üzrə praktiki biliklər.
-Satınalma
və material təminatının planlaşdırılması, subpodratçıların koordinasiyası
üzrə təcrübə.
-Tikinti
çertyojlarını, texniki spesifikasiyaları və müqavilə sənədlərini oxumaq və
təhlil etmək bacarığı.
-MS
Office və AutoCAD proqramları ilə yaxşı işləmək bacarığı; MS Project və
Primavera P6 planlaşdırma proqramlarını bilmək üstünlükdür.
-Azərbaycan
dilində sərbəst ünsiyyət və hesabat hazırlamaq bacarığı; ingilis və rus
dillərini bilmək üstünlükdür.
-Liderlik,
təşkilatçılıq, problem həll etmə və qərarvermə bacarıqları.
-Nəticəyönümlülük,
məsuliyyətlilik və işləri vaxtında tamamlamaq bacarığı.
İş şəraiti
-Peşəkar
komandada işləmək imkanı.
-Müxtəlif
tikinti layihələrinin idarə edilməsində iştirak.
-Əməkhaqqı
namizədin təcrübə və bacarıqlarına uyğun olaraq müsahibə zamanı müəyyən
ediləcək.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
