Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

Fountains Square Restaurants

Baş Aşpaz - Türkiyə / Avropa mətbəxi

BakıMənbə: HRIN.az

Vakansiya haqqında

Avropa və Türk mətbəxi · Fəvvarələr meydanında yeni All-day kafe Biz kimik Fountains Square Restaurants — Bakıda Firuzə restoranı, Araz Terrace, Nərgiz restoranı, Bonbon Patisserie və MA Desserts & Crepes məkanlarını idarə edən restoran qrupu. Şəhərin ən canlı nöqtəsində — Fəvvarələr meydanında yeni all-day kafemizi açırıq və mətbəxi öz imzası ilə quracaq peşəkar Chef axtarırıq. Sizi nə gözləyir -Yüksək qazanc — orta aylıq gəlir 3 500 – 6 000 ₼; -Yeni layihə — mətbəxi və komandanı açılışdan özünüz qurursunuz; -Menyuya real təsir — türk səhər yeməyi (serpme kahvaltı), biznes-lanç və axşam menyusu üzərində yaradıcı iş; -Böyük qonaq axını olan, şəhərin mərkəzində yerləşən məkan; -Tanınmış restoran qrupunun dəstəyi və sabitliyi; -Tam rəsmi işə qəbul — əmək qanunvericiliyinə uyğun. İş öhdəlikləri -Mətbəxə Baş Aşpaz (Chef) kimi tam rəhbərlik etmək; -Avropa və Türk mətbəxi üzrə yeməklərin hazırlanmasına və təqdimatına rəhbərlik etmək; -Mətbəx komandasını idarə etmək: iş cədvəli, intizam və inzibati məsələlər; -Yeməklərin keyfiyyətinə və bişirmə texnikasına nəzarət etmək; -Yeni işçilərə və kiçik aşpazlara təlim keçmək, komandanı inkişaf etdirmək; -Menyunun yaradılmasında və mütəmadi yenilənməsində iştirak etmək; -Qida gigiyenası və təhlükəsizliyi qaydalarına ciddi riayət olunmasını təmin etmək; -Məhsulların səmərəli istifadəsinə və anbar ehtiyatlarına nəzarət etmək. Tələblər -Avropa və/və ya Türk mətbəxində aşpaz kimi azı 5 il təcrübə (rəhbər vəzifədə təcrübə üstünlükdür); -Liderlik, ünsiyyət və komandada işləmək bacarığı; -Stresə davamlılıq və çevik iş qrafikinə hazırlıq; -Azərbaycan vətəndaşlığı. ​​​​​​​​​​​​​​İş şərtləri -Qazanc: orta aylıq 3 500 – 6 000 Azn (sabit maaş + service charge + bonuslar); -6 günlük iş qrafiki; -İş saatları görüşdə müzakirə olunur; -Tam rəsmi əmək müqaviləsi.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.