Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

Superfon

Dağıtım və Pərakəndə üzrə Ticari Marketinq Meneceri

BakıMənbə: HRIN.az

Vakansiya haqqında

İş haqqında Vəzifənin əsas öhdəlikləri: Dağıtım direktorluğunun isti satış, sifarişli/soyuq satış, bort və ehtiyat hissələri satışları, eləcə də topdan satış mağazaları üzrə ticari marketinq fəaliyyətlərini planlaşdırmaq; Kanal və müştəri seqmentinə uyğun aylıq və rüblük kampaniya planları, həcm endirimləri, məhsul təklifləri və pərakəndəçi təşviqləri hazırlamaq; Satış hədəfləri, bazar ehtiyacları və kanal imkanları əsasında kampaniya mexanikalarının şərtlərini və tətbiq qaydalarını satış komandası ilə razılaşdırmaq; Kampaniyaların sahədə və satış sistemində düzgün tətbiqini satış, kateqoriya, maliyyə və əməliyyat komandaları ilə əlaqələndirmək; Kanallar üzrə satış həcmi, aktiv müştəri sayı, əhatə, orta sifariş, məhsul çeşidi və kampaniya nəticələrini izləmək; Kampaniya nəticələrini baza dövrü və qoyulan hədəflərlə müqayisə etmək, xərc və marja təsirini təhlil edərək təkmilləşdirmə təklifləri hazırlamaq; Satış komandası və müştərilərdən gələn rəylər əsasında kanal ehtiyaclarını və yeni kommersiya imkanlarını müəyyənləşdirib rəhbərliyə təqdim etmək. İş şəraiti: İş yeri: Aşıq Molla Cümə küçəsi 44B, Bakı, Azərbaycan; İş rejimi: tam iş günü; Əmək haqqı: namizədin təcrübə və kompetensiyalarına uyğun olaraq müəyyən edilir; Üstünlük veriləcək: İstehlak elektronikası, telekommunikasiya, məişət texnikası, FMCG və ya böyük retail şəbəkəsində iş təcrübəsi; Bir neçə satış kanalında kampaniya idarəçiliyi və regionlarla iş təcrübəsi; Power BI və ya digər hesabat alətləri ilə işləmək bacarığı; İngilis dili biliyi; Çox kanallı qiymət və kampaniya idarəçiliyi üzrə təcrübə; Şəxsi avtomobilin olması. Şirkət tərəfindən: Peşəkar inkişaf və öyrənmə imkanı; Karyera yüksəlişi; Peşəkar və dinamik iş mühiti; Əmək müqaviləsi;

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.