Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

Camal LTD

İSTEHSALAT İŞLƏRİ ÜZRƏ NÖVBƏ NƏZARƏTÇİSİ

BakıMənbə: HRIN.az

Vakansiya haqqında

İş şəraiti: “Camal” LTD şirkəti istehsalat prosesinin təşkili və növbə ərzində işlərin icrasına nəzarət etmək üçün məsuliyyətli və təcrübəli əməkdaş axtarır. Vəzifə öhdəlikləri: • İstehsalat prosesinin müəyyən edilmiş iş planına və qrafikinə uyğun həyata keçirilməsinə nəzarət etmək; • Növbə ərzində işçilərin fəaliyyətini əlaqələndirmək və tapşırıqların vaxtında yerinə yetirilməsini təmin etmək; • İstehsalat sahəsində əmək intizamına və daxili intizam qaydalarına riayət olunmasına nəzarət etmək; • İstehsal olunan məhsulların keyfiyyətinə və müəyyən edilmiş standartlara uyğunluğuna nəzarət etmək; • Xammal və materiallardan səmərəli istifadə olunmasını izləmək; • İstehsalat avadanlıqlarının düzgün istismarına və iş prosesinin fasiləsizliyinə nəzarət etmək; • İstehsalat zamanı yaranan problemlər və nasazlıqlar barədə aidiyyəti rəhbərliyə məlumat vermək; • Növbə üzrə istehsalat göstəricilərini qeydə almaq və hesabatları hazırlamaq; • Növbə təhvil-təslim prosesini həyata keçirmək; • Əməyin mühafizəsi, sanitariya-gigiyena və texniki təhlükəsizlik qaydalarına riayət olunmasını təmin etmək. Tələblər: • Orta ixtisas və ya ali təhsil; • İstehsalat sahəsində iş təcrübəsi arzuolunandır; • İstehsalat prosesinin təşkili və işçilərin fəaliyyətinin koordinasiyası bacarığı; • Məsuliyyətli, diqqətli və operativ olmaq; • Komandada işləmək və düzgün ünsiyyət qurmaq bacarığı; • Hesabatların hazırlanması və ilkin sənədləşmə bacarığı; • MS Office proqramlarından istifadə bacarığı arzuolunandır. İş şəraiti: • Nahar və korporativ nömrə şirkət tərəfindən təmin olunur. • İş yeri: : Binəqədi rayonu, Sulutəpə qəs., R.Allahverdiyev küç., 4/21D, döngə • Əməkhaqqı: 1.000 AZN • İş qrafiki: Növbəli iş rejimi Müraciət qaydası Mövzu hissəsində “İSTEHSALAT İŞLƏRİ ÜZRƏ NÖVBƏ NƏZARƏTÇİSİ” qeyd etməklə CV-nizi Müraciət et düyməsində qeyd olunan Careers@iceland.az elektron poçt ünvanına göndərə bilərsiniz.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.