Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

Camal LTD

AVTOELEKTRİK

BakıMənbə: HRIN.az

Vakansiya haqqında

İş şəraiti: “Camal” LTD şirkəti avtomobillərin elektrik və elektron sistemlərinin təmiri üzrə təcrübəli avtoelektrik axtarır. İş öhdəlikləri: • Avtomobillərin elektrik və elektron sistemlərində yaranan nasazlıqları müəyyən etmək və aradan qaldırmaq; • Elektrik naqillərini, işıqlandırma sistemlərini, starter və generatorları yoxlamaq və təmir etmək; • Avtomobillərin elektrik avadanlıqlarına texniki xidmət göstərmək; • Diaqnostika cihazlarından istifadə etməklə nasazlıqları aşkar etmək; • Təmir işlərini keyfiyyətlə və vaxtında yerinə yetirmək; • Əməyin mühafizəsi və təhlükəsizlik qaydalarına riayət etmək. Tələblər: • Avtomobillərin elektrik sistemləri üzrə bilik və təcrübəyə malik olmaq; • Elektrik nasazlıqlarını müəyyən etmək və aradan qaldırmaq bacarığı; • Diaqnostika cihazları ilə işləmək bacarığı arzuolunandır; • Məsuliyyətli, diqqətli və intizamlı olmaq; • Komandada işləmək bacarığı. İş şəraiti: • İşəgötürən: “Camal” LTD şirkəti • İş yeri: Binəqədi rayonu, Sulutəpə qəs., R.Allahverdiyev küç., 4/21D, döngə • Əmək haqqı: 1000 – 1200 azn • İş qrafiki: 6 GÜNLÜK • Yemək və forma şirkət tərəfindən qarşılanır. Mövzu hissəsində “AVTOELEKTRİK” qeyd etməklə CV-nizi Müraciət et düyməsində qeyd olunan Careers@iceland.az elektron poçt ünvanına göndərə bilərsiniz.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.