Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

Camal LTD

HORECA SATIŞ MENECERİ

BakıMənbə: HRIN.az

Vakansiya haqqında

İş şəraiti: “CAMAL” LTD şirkəti HORECA satış istiqaməti üzrə Satış meneceri vəzifəsinə peşəkar və nəticəyönümlü namizəd axtarır. Vəzifə öhdəlikləri • HORECA satış istiqamətinin gündəlik fəaliyyətinin təşkili və idarə olunması; • Satış komandasının fəaliyyətinə rəhbərlik etmək, iş bölgüsü aparmaq və nəticələri nəzarətdə saxlamaq; • Yeni HORECA müştərilərinin cəlb edilməsi və mövcud müştəri bazasının genişləndirilməsi; • Restoran, kafe, otel və digər HORECA obyektləri ilə işgüzar əlaqələrin qurulması və inkişaf etdirilməsi; • Satış hədəflərinin müəyyənləşdirilməsi və icrasına nəzarət etmək; • Satış planlarının hazırlanması və nəticələrin mütəmadi təhlili; • Müştəri ehtiyaclarını müəyyən etmək və uyğun məhsul/təkliflərin təqdim olunmasını təmin etmək; • Komanda üzvlərinin fəaliyyət göstəricilərini qiymətləndirmək və satış effektivliyinin artırılması istiqamətində tədbirlər görmək; • Müştəri şikayət və müraciətlərinin operativ şəkildə araşdırılmasını və həllini təmin etmək; • Satış hesabatlarının hazırlanmasını və rəhbərliyə təqdim edilməsini təmin etmək; • Debitor borcların və ödəniş intizamının nəzarətdə saxlanılmasında iştirak etmək; • Şirkətin satış siyasətinə və daxili prosedurlarına riayət olunmasını təmin etmək. Tələblər: • Ali təhsil; • HORECA, FMCG və ya satış sahəsində ən azı 3 il iş təcrübəsi; • Satış komandasının idarə olunması üzrə təcrübə; • HORECA bazarı və müştəri seqmentləri haqqında məlumatlılıq; • Güclü ünsiyyət və danışıqlar aparmaq bacarığı; • Komanda idarəetməsi və liderlik bacarığı; • Analitik düşüncə və hesabatlarla işləmə bacarığı; • Satış hədəflərinə fokuslanmaq və nəticəyönümlü yanaşma; • MS Office proqramlarında, xüsusilə 1 C proqramında işləmək bacarığı; • Azərbaycan dilində və rus dilində səlis danışıq və yazı qabiliyyəti; İş şəraiti İş qrafiki: 6 günlük Əmək haqqı: 2500 İş yeri: İş yeri: Bakı şəhəri, Sulutəpə qəsəbəsi,R.Allahverdiyev küçəsi,döngə 9/21D Müraciət qaydaları: iceland@iceland.az elektron poçt ünvanına mövzu hissədə vəzifə adını – “Horeca satış meneceri” yazmaqla müraciət edilir.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.