Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

Camal LTD

BAŞ MEXANİK

BakıMənbə: HRIN.az

Vakansiya haqqında

İş şəraiti: • Fasiləsiz istehsalat şəraitində mexaniki avadanlıqların təhlükəsiz və dayanıqlı istismarını təmin etmək • Fasiləsiz rejimdə çalışan istehsalat xətləri və köməkçi mexaniki avadanlıqların texniki vəziyyətinə nəzarət etmək • Mexaniki avadanlıqlar üzrə planlı texniki baxış, profilaktik xidmət və təmir işlərinin təşkili və icrasına rəhbərlik etmək • Qəza və texniki nasazlıqlar zamanı operativ müdaxilə edərək istehsalatın minimum dayanma ilə davam etməsini təmin etmək • Ehtiyat hissələrinin uçotu, ehtiyacın planlaşdırılması və səmərəli istifadəsinə nəzarət etmək • Texniki təhlükəsizlik və SƏTƏM qaydalarına riayət olunmasını təmin etmək • Avadanlıqların istismar müddətinin artırılması və texniki risklərin azaldılması üzrə təkliflər vermək • Texniki sənədlərin, təmir qrafiklərinin və hesabatların hazırlanması Tələblər: • Ali təhsil (Mexanika mühəndisliyi və ya müvafiq sahə üzrə) • Rus və ingilis dili biliklərinin olması üstünlükdür. (Avadanlıqların texniki sənədləri və sairə ilə əlaqədar olaraq) • Fasiləsiz istehsalat mühitində mexaniki avadanlıqlar üzrə dərin biliklər • AutoCAD proqramını üzrə biliklər – mütləqdir • Ağır sənaye və ya fasiləsiz istehsalat müəssisələrində təcrübə üstünlükdür • Müvafiq sahə üzrə 5–7 il iş təcrübəsi İş şəraiti: Ünvan: Binəqədi rayonu, Sulutəpə qəs., R.Allahverdiyev küç., 4/21D, döngə 6 günlük iş həftəsi, tam iş günü; Mobil nömrə ilə təminat. Nahar şirkət tərəfindən qarşılanır. Əmək haqqı: 3000 AZN (Razılaşma yolu ilə) Mövzu hissəsində “Baş Mexanik” qeyd etməklə CV-nizi Müraciət et düyməsində qeyd olunan Careers@iceland.az elektron poçt ünvanına göndərə bilərsiniz.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.