Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

VLand Systems MMC

Anbar Meneceri

SumqayıtMənbə: HRIN.az

Vakansiya haqqında

İş şəraiti: Şirkət: “VLand Systems” MMC (əvvəlki adı “STP Metal Structures” MMC) Vəzifə öhdəlikləri: Material qiymətlilərinin (yanacaq, xammal, yarımfabrikatlar, hazır məhsul, detallar, alətlər, əşyalar və s.) müəssisədaxili prosedurlara uyğun qəbulunu, saxlanılmasını və anbardan buraxılmasını təmin etmək və nəzarətdə saxlamaq; Mədaxil, saxlama və məxaric sənədlərinin həm ERP sistemində, həm də kağız formada qaydalara uyğun rəsmiləşdirilməsini təmin etmək və buna nəzarət etmək; Qəbul edilən qiymətlilərin müşayiətedici sənədlərə uyğunluğuna və sifarişlər üzrə komplektləşdirilməsinə nəzarət etmək; Minimal anbar qalıqlarını (yenidən sifariş nöqtələrini) müəyyən etmək və ehtiyatların bu səviyyədən aşağı düşməməsini təmin etmək; Anbarda SƏTƏM tələblərinə riayət olunmasını təmin etmək; yanğınsöndürmə ləvazimatlarının, yanğından mühafizə sisteminin, avadanlıq və inventarın saz vəziyyətinə və vaxtında təmirinə nəzarət etmək; Yükləmə-boşaltma və yerləşdirmə işlərini təşkil etmək və onlara nəzarət etmək; Aylıq sayımların aparılmasını və aktlaşdırılmasını təmin etmək; Daxili əmrlərə əsasən əmtəə-maddi sərvətlərin inventarizasiyasında iştirak etmək; Nasaz alətlər və cihazlar üzrə qüsur cədvəllərinin, onların təmiri və silinməsi, həmçinin materialların çatışmazlığı və korlanması barədə aktların düzgün tərtibinə nəzarət etmək; Anbar işçilərinə rəhbərlik etmək, onların səriştəsini mütəmadi qiymətləndirmək və inkişafı üçün tədbirlər görmək; Anbar əməliyyatlarının düzgün və səmərəli idarə olunması üçün prosedur və qaydaları hazırlamaq; Şirkət rəhbərliyinə mütəmadi olaraq hesabatlar və səmərələşdirici təkliflər təqdim etmək. Tələblər: Ali və ya orta ixtisas təhsili (müvafiq sahə üzrə üstünlükdür); Müvafiq sahədə rəhbər vəzifədə ən azı 3 il iş təcrübəsi; ERP sistemlərində (1C, Logo Tiger, Odoo və s.) iş təcrübəsi; Anbar biznes proseslərini və prosedur qaydalarını tərtib etmək bacarığı; Effektiv qərarvermə bacarığı; Komanda idarəetməsi, heyəti motivasiya etmək və idarə etmək bacarığı; Fərdi və komanda şəklində səmərəli işləmək, ünsiyyət və planlama bacarıqları; Diqqətlilik, məsuliyyətlilik və operativlik. İş şəraiti: 5 günlük iş qrafiki; İş yeri: Sumqayıt şəhəri; Könüllü tibbi sığorta; Korporativ nömrə; Nahar və nəqliyyat şirkət tərəfindən təmin olunur; Əmək haqqı namizədin bilik və bacarıqlarına uyğun müəyyən ediləcək.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.