Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

ADA University

Xadimə

BakıMənbə: HRIN.az

Vakansiya haqqında

İş şəraiti: ADA Universiteti Xadimə vəzifəsinə məsuliyyətli, diqqətli və işgüzar namizədləri dəvət edir.Vəzifənin əsas məqsədi universitetin kampus ərazisində təmizlik və gigiyena standartlarının təmin edilməsi, səliqəli və təmiz iş mühitinin qorunmasıdır. İş öhdəlikləri: Gündəlik təmizlik işlərini yerinə yetirmək; Tədbirlərdən öncə və sonra ərazinin səliqəsini təmin etmək; Gündəlik iş zamanı meydana çıxacaq digər öhdəlikləri icra etmək; Kampus ərazisində təmizlik işlərinin həyata keçirilməsini, o cümlədən döşəməni silib-süpürmək, pəncərə və qapıları yuyub-təmizləmək, şüşələri silmək, stol və avadanlıqların tozunu almaq; Əməyin mühafizəsi, əmək-icra intizamı, yanğından mühafizə normaları, texniki təhlükəsizlik, sanitar-gigeniya və mülkü-müdafiə qaydalarına riayət etmək; Etibar edilmiş əmlaka, maddi və digər sərvətlərə görə cavabdehlik daşımaq; Birbaşa rəhbər tərəfindən tapşırılan digər aidiyyatı işləri yerinə yetirmək. Tələblər: Vəzifə üzrə minimum 6 ay iş təcrübəsi; Punktual, məsuliyyətli və detallara diqqətli olmaq; Məxfiliyi qorumaq bacarığı; Məsuliyyətli və mehriban davranış; Təmizləyici vasitələrdən istifadə etmək bacarığı; Tapşırıqları yerinə yetirmək üçün fiziki hazırlıq; Rəhbərlik tərəfindən müəyyən edilmiş ciddi gigiyena və təmizlik standartlarına riayət etmək bacarığı; Arzuolunan yaş aralığı 30-43;

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.