Vakansiya haqqında
İş şəraiti:
Nero Print çap, poliqrafiya və promo məhsullarının istehsalı ilə məşğul olan şirkətdir. Şirkətimizin anbarında işləmək üçün məsuliyyətli və diqqətli anbardar axtarırıq.
Vəzifə öhdəlikləri:
Anbara daxil olan material və məhsulların qəbulu, yoxlanılması və yerləşdirilməsi;
Kağız, dəri, süni dəri, çap materialları, promo məhsulları və digər ehtiyatların uçotunun aparılması;
Materialların istehsalata təhvil verilməsi və çıxışının qeydiyyatı;
Hazır məhsulların anbara qəbulu və təhvil prosesinə nəzarət;
Anbardakı faktiki qalıqların uçot göstəriciləri ilə uyğunluğunun yoxlanılması;
Müntəzəm inventarizasiyanın aparılması;
Anbarda məhsulların düzgün və səliqəli saxlanılmasının təmin edilməsi;
Anbar sənədlərinin vaxtında və düzgün hazırlanması;
Rəhbərliyə material qalıqları və çatışmazlıqlar barədə məlumat verilməsi.
Tələblər:
Cins: kişi;
Anbardar və ya anbar uçotu sahəsində iş təcrübəsi arzuolunandır;
Uçot və hesablama bacarığı;
Kompüter və Excel proqramında işləmək bacarığı üstünlükdür;
Diqqətli, məsuliyyətli, dürüst və intizamlı olmaq;
Komanda ilə işləmək bacarığı;
Fiziki işə hazır olmaq.
İş şəraiti
Əməkhaqqı: 600–700 AZN
Əməkhaqqı namizədin təcrübə və bacarıqlarına əsasən müəyyən ediləcək.
İş yeri: Bakı şəhəri
Şirkət: Nero Print
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
