Vakansiya haqqında
İş şəraiti:
Müştərilərə optik məhsullar barədə məsləhət vermək;
Satış prosesini həyata keçirmək və sifarişləri rəsmiləşdirmək;
Daima inkişaf etmək üçün optik və satış təlimlərinə qatılmaq;
Müştəri məmnuniyyətini yüksək səviyyədə təmin etmək;
Satışda müəyyən edilmiş hədəflərə çatmaq.
Biz Sizə təklif edirik:
Brendimizlə bərabər inkişaf;
AR Əmək Məcəlləsinə əsasən sənədləşmə;
İş qrafiki: 6 günlük iş həftəsi,həftədə 1 gün istirahət;
Şirkət hesabına xaricdən dəvət edilən və yerli təlimçilər tərəfindən keçirilən satış və optik təlimlər;
Optika sahəsində karyera qurmaq və peşəkar biliklər qazanmaq imkanı;
Rəqabətli əmək haqqı;
Satış nəticələrinə uyğun bonus sistemi;
Karyera yüksəlişi;
Rahat iş mühiti və mehriban kollektiv.
Tələblər:
Ali və ya orta təhsil;
Ünsiyyət və təqdimat bacarıqları;
Məsuliyyətli,diqqətli və mütəriyönümlü olmaq;
Yaş həddi: 25-40;
Optika və ya pərakəndə satış sahəsində təcrübəsi olması üstünlükdür;
Azərbaycan dilini sərbəst bilmək,xarici dil ( rus və ya ingilis) biliyi üstünlükdür.
Vakansiya aşağıdakı ərazilərdə yerləşən filiallarda aktivdir:
Mərdəkan,Binə,Buzovna,Hövsan,Xırdalan,Lökbatan,Badamdar.
Müraciət etmək istəyən namizədlərdən öz CV-lərini mövzu yerində “Optika məsləhətçisi” yazaraq vacancy@focusoptika.az e-mail ünvanına göndərmələri xahiş olunur. Əlaqə nömrə +994772555737
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
