Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

Core Construction

Özüboşaldan yük maşını sürücüsü (Kəlbəcər rayonu)

KəlbəcərMənbə: HRIN.az

Vakansiya haqqında

İş şəraiti: Core Construction MMC öz komandamıza qoşulmaq üçün HOWO və digər özüboşaldan yük maşınlarını idarə etmək bacarığı olan təcrübəli sürücülər axtarır. Vəzifə öhdəlikləri: Özüboşaldan yük maşınlarının təhlükəsiz və düzgün idarə edilməsi; Tikinti sahəsində torpaq, qum, çınqıl və digər materialların daşınması; Nəqliyyat vasitəsinin texniki vəziyyətinə gündəlik nəzarət edilməsi; Əməyin mühafizəsi və təhlükəsizlik qaydalarına riayət olunması; Rəhbərlik tərəfindən verilən tapşırıqların vaxtında və məsuliyyətlə yerinə yetirilməsi. Tələblər: Müvafiq kateqoriyalı sürücülük vəsiqəsinin olması; HOWO və digər özüboşaldan yük maşınlarını idarə etmək bacarığı; Ağırtonnajlı nəqliyyat vasitələrinin idarə olunması üzrə təcrübə; Məsuliyyətli, intizamlı və diqqətli olmaq; Tikinti sahəsində işləməyə hazır olmaq. İş şəraiti: İş yeri: Kəlbəcər rayonu İşçilər üçün yemək təmin edilir. Qalmaq üçün yaşayış yeri təmin edilir.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.