Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

Veysəloğlu-Rossmann

Araşdırma mütəxəssisi

BakıMənbə: HRIN.az

Vakansiya haqqında

İş şəraiti: Anbar və marketlər üzrə sistem və faktiki mal qalıqları arasında yaranan fərqləri araşdırmaq və səbəblərini müəyyənləşdirmək; Anbarlarda sayım prosesinə nəzarət etmək, sayım nəticələrini təhlil etmək; Malların qəbulu, toplanması, yüklənməsi və marketlərə çatdırılması proseslərində yaranan uyğunsuzluqları araşdırmaq; Transfer əməliyyatları üzrə sistem və faktiki məlumatları müqayisə etmək, fərqlərin səbəblərini müəyyənləşdirmək; Sürücülərin fəaliyyəti, çatdırılma marşrutları və təhvil-təslim prosesləri ilə bağlı uyğunsuzluqları araşdırmaq; Zərurət yarandıqda anbar və marketlərdə fiziki yoxlamalar aparmaq; Kamera görüntüləri və GPS məlumatları əsasında əməliyyat proseslərini yoxlamaq; Aşkar edilmiş fərqlərin səbəblərini təhlil etmək və araşdırma nəticələri üzrə hesabatlar hazırlamaq; Təkrarlanan uyğunsuzluqların qarşısının alınması üçün təkliflər vermək və müvafiq tədbirlərin nəticələrini izləmək. Tələblər: Ali təhsil (Logistika, İqtisadiyyat, Biznesin idarə edilməsi və ya digər uyğun sahələr üzrə); Anbar, logistika, mal qəbulu, stok nəzarəti və ya araşdırma sahəsində minimum 1 il iş təcrübəsi; MS Office proqramları, xüsusilə Excel ilə işləmək bacarığı; ERP və anbar idarəetmə sistemləri ilə işləmək bacarığı; Analitik düşünmə, məlumatları təhlil etmək və uyğunsuzluqların səbəblərini müəyyənləşdirmək qabiliyyəti; Ünsiyyət və komanda ilə işləmək bacarığı; Problemləri araşdırmaq, səbəb-nəticə əlaqələrini müəyyənləşdirmək və həll yolları təklif etmək bacarığı; Digər məlumatlar: Nahar və servis ilə təmin edilmə Əmək bazarına uyğun rəqabətli əmək haqqı 5 günlük tam iş qrafiki Korporativ mobil nömrə

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.