Vakansiya haqqında
İş şəraiti:
NewCond şirkəti HVAC sahəsində, xüsusilə də VRF kondisioner sistemlərinin korporativ satışını həyata keçirəcək peşəkar əməkdaş axtarır.
Vəzifə öhdəlikləri:
VRF və digər HVAC sistemlərinin korporativ müştərilərə təqdimatı və satışı;
Yeni korporativ müştərilərin və layihələrin axtarılması;
Tikinti şirkətləri, layihələndirmə təşkilatları, podratçılar və digər biznes müştəriləri ilə əlaqələrin qurulması;
Layihələr üzrə texniki və kommersiya təkliflərinin hazırlanması;
Müştərinin texniki tələblərinin müəyyənləşdirilməsi və uyğun HVAC həllərinin təklif olunması;
Görüşlərin, təqdimatların və danışıqların aparılması;
Mövcud müştəri portfelinin inkişaf etdirilməsi;
Satış prosesinin ilkin əlaqədən müqavilənin bağlanmasına qədər idarə olunması;
Bazarın və rəqib şirkətlərin araşdırılması.
Tələblər:
Yaş: 25–45
VRF, VRV, Multi Split və digər HVAC sistemləri üzrə 5 illik peşəkar texniki bilik;
HVAC sahəsində korporativ satış üzrə praktiki iş təcrübəsi;
VRF sistemlərinin iş prinsipi, seçim və tətbiqi barədə yaxşı anlayış;
Layihə oxuma və texniki spesifikasiyaları anlama bacarığı;
Korporativ müştərilərlə danışıqlar aparmaq və satış bağlamaq bacarığı;
Aktiv müştəri bazası və HVAC sektorunda əlaqələrin olması üstünlükdür;
Azərbaycan dili sərbəst, rus və/və ya ingilis dili bilmək üstünlükdür;
MS Office proqramlarında işləmək bacarığı;
Nəticəyönümlülük, məsuliyyətlilik və yüksək kommunikasiya qabiliyyəti.
Şirkət tərəfindən:
Əməkhaqqı 2000-2500;
Satış nəticələrinə əsaslanan bonus sistemi;
Korporativ müştərilər və böyük layihələrlə işləmək imkanı;
Peşəkar inkişaf və karyera perspektivi;
Müasir və peşəkar iş mühiti.
İş yeri: Bakı
İş qrafiki: Tam iş günü
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
