Vakansiya haqqında
İş şəraiti:
*Şirkət haqqında:*
Avian Group 2024-cü ildə təsis olunmuşdur. Şirkət Əlaqə Mərkəzi, Müştəri Xidmətlərinin Qurulması, Keyfiyyətə Nəzarət, CRM həlləri və Telesatış sahələrində fəaliyyət göstərərək bizneslərə fərdi yanaşma ilə dəstək verir.
*Vəzifə öhdəlikləri:*
Müştərilərlə telefon vasitəsilə aktiv əlaqənin qurulması;
Şirkətin məhsul və xidmətlərinin telesatış vasitəsilə təqdim edilməsi və satışların həyata keçirilməsi;
Müştəri ehtiyaclarının düzgün analiz edilməsi və uyğun həllərin təklif olunması;
Satış hədəflərinə çatmaq və nəticəyönümlü fəaliyyət göstərmək;
CRM sistemində müştəri məlumatlarının qeydiyyatı və mütəmadi yenilənməsi;
Müştəri məmnuniyyətinin təmin olunması və uzunmüddətli əməkdaşlığın qurulması.
*Biz sizə təklif edirik:*
Gənc və dinamik kollektivdə işləmək imkanı;
Peşəkar inkişaf və daxili təlim proqramları;
Satış nəticələrinə əsaslanan bonus sistemi;
Rahat və motivasiyaedici iş mühiti.
*İş şəraiti:*
İş qrafiki: Tam iş günü | Həftəlik 40 saat (09:30 – 17:30);
Əmək haqqı: 450 AZN (net) + satış bonusları;
Ünvan: Bakı, Bakıxanov qəsəbəsi.
Tələblər:
Telesatış və ya müştəri xidmətləri sahəsində təcrübə arzuolunandır;
Rus dili biliyi üstünlükdür;
Ünsiyyət və təqdimat bacarıqları yüksək olmalıdır;
Satış yönümlü düşüncə və nəticəyə fokuslanma;
Komandada işləmə bacarığı və məsuliyyətli yanaşma;
Aktiv, təşəbbüskar və öyrənməyə açıq olmaq.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
