Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

Azersun Holding

Elektrik-elektronçu

SumqayıtMənbə: HRIN.az

Vakansiya haqqında

İş şəraiti: Müəssisə: Bakı Qida və Yağ Fabriki MMC Vəzifı öhdəlikləri: Baş elektrik və avtomatika mütəxəssisinin təlimatlarına əsasən texniki işləri yerinə yetirmək; İstehsalat sahələrində elektrik və avtomatika sistemlərinin fasiləsiz fəaliyyətini təmin etmək; Elektrik mühərrikləri, invertorlar, panolar və kabel xətlərinin quraşdırılması, təmiri və texniki baxımını həyata keçirmək; PLC sistemlərinin giriş-çıxış siqnallarını yoxlamaq, sensor və elektron cihazların sazlanmasını təmin etmək; Printerlərin, ölçmə cihazlarının və elektron avadanlıqların təmiri və kalibrlənməsini aparmaq; Yarımstansiyalarda və yüksək gərginlikli elektrik şəbəkələrində müvafiq səlahiyyət çərçivəsində əməliyyatlar aparmaq; Təzyiq, temperatur, pnevmatik və avtomatik idarəetmə sistemlərinin montajı, təmiri və sazlanmasını həyata keçirmək; Elektrik avadanlıqlarının diaqnostikası, test edilməsi və nasazlıqların aradan qaldırılmasını təmin etmək; İstehsalatda yaranan texniki nasazlıqlar barədə məsul şəxsləri məlumatlandırmaq və təhlükə olduqda sistemin dayandırılması üçün tədbir görmək; Əməyin mühafizəsi, elektrik və yanğın təhlükəsizliyi qaydalarına riayət etmək, müvafiq icazə olmadan təhlükəli işləri icra etməmək. Tələblər: Elektrik mühərriklərinin (0,25–500 kVt) iş prinsiplərini, qoşulma sxemlərini, istismarını və təmirini bilməli; Elektrik panolarının, yarımstansiyaların (35/0,4 kV) və paylayıcı qurğuların iş prinsiplərini bilməli; Elektrik mühafizə, rele və avtomatik idarəetmə sxemlərini oxumağı və tətbiq etməyi bacarmalı; Elektrik ölçmələri, avadanlıq və kabellərin test üsulları, torpaqlama tələblərini bilməli; PLC sistemlərinin, sensorların, invertorların və avtomatlaşdırma avadanlıqlarının iş prinsiplərini bilməli; Elektron cihazların diaqnostikası, təmiri, sazlanması və kalibrlənməsini bacarmalı; Temperatur, təzyiq, vakuum və sürət ölçmə sistemləri haqqında biliklərə malik olmalı; Elektrik enerjisinin paylanması, reaktiv gücün kompensasiyası və enerji səmərəliliyi prinsiplərini bilməli; Pnevmatik sistemlərin və sənaye idarəetmə avadanlıqlarının iş prinsiplərini bilməli; Elektrik təhlükəsizliyi, əməyin mühafizəsi və yanğın təhlükəsizliyi qaydalarını bilməli. Biz nə təklif edirik: İş yeri: Sumqayıt şəhəri, Bakı Qida və Yağ Fabriki MMC / İstehsalat İş qrafiki: 3 növbəli, 07:00–15:00, 15:00-23:00, 23:00-07:00 Nahar: Şirkət tərəfindən təmin olunur Servis xidməti: Şirkət tərəfindən təmin olunur Əməkhaqqı: Təcrübə və ixtisas səviyyəsinə uyğun rəqabətqabiliyyətli əməkhaqqı İş mühiti: Regionun aparıcı FMCG şirkətində dinamik və innovativ korporativ mədəniyyət

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.