Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

Medeks

Satınalma mütəxəssisi (tibb üzrə)

BakıMənbə: HRIN.az

Vakansiya haqqında

İş şəraiti: Medeks MMC 2006-ci ildən bəri Bakıda tibbi və kosmetologiya sahəsində fəaliyyət göstərən Tibbi şirkət olaraq yaradılmışdır. Şirkət, fəaliyyət müddəti ərzində bu günə qədər 40-dan çox tibbi layihələr təqdim edərək həyata keçirmişdir. Hal-hazırda da Azərbaycan bazarında tibbi avadanlıq, sərfiyyat malları, kosmetoloji və implant məhsullarının satışı üzrə seçilən şirkətlərdəndir. Medeks MMC həmçinin layihələr üçün layihələndirici, dizayn, konsaltinq və texniki xidmətlər göstərməkdədir. Vakansiya:Satınalma mütəxəssisi (tibb üzrə) Vəzifələr: - Satınalma-təchizat zənciri üzrə tapşırıqların yerinə yetirilməsi - Verilmiş sifarişlərin və təchizatların icrası, logistika və müvafiq sənədlərin əldə edilərək vaxtında təqdim edilməsi - Mövcud və potensial müştərilərlə əlaqələrin saxlanılması və inkişafı - Daxil olan sorğulara müvafiq satınalma təkliflərinin hazırlanıb təqdim edilməsi - Satış məqsədilə təqdimatların keçirilməsi - Müştərilərlə və təchizatçılarla ünsiyyət qurmaq və dəqiq məlumatı çatdırmaq bacarığı - Mövcud bazarın və rəqiblərin analizi - Bazarın tələbinə uyğun təkliflərin araşdərəlması və formalaşdırılması - Müştərilərə sistemli şəkildə səfər etmək və qarşılıqlı faydalı əməkdaşlıq üçün əlverişli şərait yaradılması; - Verilən tapşırıqları deadline-lar üzrə vaxtında və səmərəli icra etmək - Aylıq və həftəlik hesabat vermək Tələblər: - Ali təhsilin olması (tibbi təhsilin olması əlavə üstünlükdür) vacibdir - Yüksək ünsiyyət qurma qabiliyyətinin olması - Problemi sərbəst həll etmə qabiliyyətinin olması - Vaxtdan səmərəli istifadə etmə qabiliyyətinin olması - Dürüst, ciddi, səbirli və məsuliyyətli olmalı - Vəzifə öhdəliklərini tam şəkildə dərk edib, onlara məsuliyyətlə yanaşmalı - Öz üzərində işləmək həvəsi, analitik düşünmə və yenilikləri öyrənmək bacarığı - Təlimlərdə iştirak etmək üçün yaxın və uzaq işguzar səfərə hazır olması - Yaş: 24-40 - Kompyuter biliyi (Word, Excel, Power point, Outlook) - Dil bilikləri - Azərbaycan dilini səlist, Rus və Ingilis dillərində sərbəst/yaxşı səviyyədə danışıq, yazışma və fikrini qarşı tərəfə çatdıra bilmə qabiliyyəti İş şəraiti: - AR Əmək məcəlləsinə əsasən sənədləşmə - İş qrafiki-5 günlük - Əmək haqqı razılaşma yolu ilə Vakansiyaya uyğun namizədlər öz CV-lərini office@medeks.az elektron ünvanına gözlədikləri əmək haqqı məbləğini qeyd etməklə göndərə bilərlər. Dil bilikləri, bacarığı CV-də qeyd olunanlara uyğun olmayan namizədlər narahat etməsinlər.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.