Vakansiya haqqında
İş şəraiti:
Mövcud və potensial təchizatçıların araşdırılması, qiymət və kommersiya təkliflərinin toplanılması və müqayisəli təhlilinin aparılması;
Təchizatçı şirkətlərlə gündəlik işgüzar əlaqələrin qurulması və effektiv əməkdaşlığın təmin edilməsi;
Məhsulların sifarişə uyğunluğunun, miqdarının, çeşidinin və keyfiyyət göstəricilərinin yoxlanılması prosesinin koordinasiya edilməsi;
Sifariş olunmuş malların miqdar, qiymət və keyfiyyət göstəricilərinin elektron qaimə və sənədlərə uyğunluğunun yoxlanılması;
Aşkarlanmış uyğunsuzluqlar barədə aidiyyəti şəxslərin məlumatlandırılması və məsələlərin həllinin izlənilməsi;
Təchizatçı şirkətlərlə müqavilələrin hazırlanması və müqavilə şərtlərinin razılaşdırılması prosesində iştirak edilməsi;
Təchizatçı müqavilələrinin hazırlanması, şərtlərin razılaşdırılması və icrasına nəzarət edilməsi;
Maliyyə şöbəsi ilə koordinasiyalı şəkildə ödənişlərin, üzləşmələrin və aylıq hesabatların aparılması;
Sifarişlər, alışlar, qiymətlər, çatdırılmalar və təchizatçılar üzrə məlumatların sistemli şəkildə qeydiyyatının və arxivləşdirilməsinin təmin edilməsi;
Rəhbərlik tərəfindən verilən digər aidiyyəti tapşırıqların
vaxtında və keyfiyyətlə yerinə yetirilməsi.
Tələblər:
Müvafiq sahədə minimum 1 il iş təcrübəsi;
Ali təhsil;
Microsoft Office, xüsusilə Excel, Word və Outlook proqramlarında sərbəst işləmək bacarığı;
Güclü ünsiyyət və analitik düşünmə bacarığı;
Operativ qərarvermə və problem həll etmə bacarığı;
Məsuliyyətli, diqqətli, dəqiq və punktual yanaşma;
Təchizat proseslərini sistemli şəkildə idarə etmək bacarığı.
İş qrafiki və şirkət tərəfindən təminatlar
İş qrafiki: 5 iş günü;
Şənbə və bazar günləri istirahət;
Nahar şirkət tərəfindən təmin edilir;
İş üçün mobil nömrə təqdim edilir.
Tələblərə uyğun namizədlər CV-lərini mövzu bölməsində “Təchizat üzrə koordinator ” qeyd etməklə aşağıdakı elektron poçt ünvanına göndərə bilərlər:
📧 a.garayzada@seaport-catering.az
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
