Vakansiya haqqında
Əsas vəzifə və öhdəliklər
İnsan resurslarının idarə edilməsi strategiyasının hazırlanması və həyata
keçirilməsində iştirak etmək;
İşə qəbul və istedadların cəlb edilməsi
proseslərini müasir metodlarla təşkil etmək;
Əməkdaşların adaptasiyası
(Onboarding), inkişafı və karyera planlaşdırılması proseslərini idarə etmək;
Əməyin qiymətləndirilməsi və performansın idarə edilməsi prosesinin
təşkili;
Əməkdaş məmnuniyyəti, motivasiyası və təşkilata bağlılığının
artırılması istiqamətində təşəbbüslər irəli sürmək;
Təlim və inkişaf
ehtiyaclarını müəyyənləşdirmək, fərdi və korporativ inkişaf proqramları hazırlamaq;
HR proseslərinin rəqəmsallaşdırılması və avtomatlaşdırılması üzrə təşəbbüslər həyata
keçirmək;
Əmək qanunvericiliyinin tələblərinə uyğun kadr inzibatçılığını
və sənədləşməni təmin etmək;
Müasir HR trendlərini, süni intellekt və
rəqəmsal alətlərin imkanlarını iş proseslərinə inteqrasiya etmək;
Sağlam,
inklüziv, əməkdaşyönümlü və yüksək performanslı iş mühitinin formalaşdırılmasına töhfə vermək.
Namizədə dair tələblər
İnsan resurslarının idarə edilməsi, menecment və ya müvafiq sahə üzrə ali
təhsil;
HR sahəsində minimum 5 il iş təcrübəsi;
Azərbaycan Respublikasının Əmək Məcəlləsini və əmək münasibətlərini tənzimləyən normativ
hüquqi aktları bilmək;
Müasir HR metodologiyaları və insan kapitalının
idarə edilməsi prinsipləri haqqında biliklər;
MS Office proqramları,
xüsusilə Excel üzrə istifadə bacarığı;
Rəqəmsal HR platformaları ilə
işləmək bacarığı üstünlükdür;
Süni intellekt alətlərindən və rəqəmsal
texnologiyalardan səmərəli istifadə bacarığı üstünlükdür;
Güclü
kommunikasiya, analitik düşünmə və problem həll etmə bacarıqları;
Komanda
ilə işləmək, təşəbbüskarlıq və dəyişikliklərin idarə edilməsi bacarığı;
Məxfilik və peşə etikası prinsiplərinə riayət etmək;
Azərbaycan, rus və ingilis dillərində sərbəst yazılı və şifahi ünsiyyət bacarığı olan
namizədlərə üstünlük verilir.
İş barədə məlumat:
İş yeri: Bakı şəhəri
İş rejimi: 5
gün/ 09:00 – 18:00
Əmək haqqı müsahibə əsasında təyin
olunacaq
AR-nın Əmək Məcəlləsinə əsasən işə qəbul
CV-lərkaryera@arxkom.gov.az və memarlayihe@arxkom.gov.az email
ünvanlarına təqdim olunsun.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
