Vakansiya haqqında
Əsas vəzifələr
HR proseslərinin təşkili və təkmilləşdirilməsi;
Kadr ehtiyaclarının müəyyən edilməsi və işə qəbul prosesinin idarə olunması;
Vakansiyaların yerləşdirilməsi, CV-lərin təhlili, müsahibələrin təşkili və namizədlərin qiymətləndirilməsi;
Yeni əməkdaşların adaptasiya (onboarding) prosesinin təşkili;
Əmək müqavilələrinin bağlanması, dəyişdirilməsi və xitamı ilə bağlı sənədləşmə işlərinin aparılması;
Şəxsi işlərin, məzuniyyətlərin, davamiyyətin və digər kadr sənədlərinin idarə olunması;
ƏMAS sistemində müvafiq əməliyyatların həyata keçirilməsi;
Performansın qiymətləndirilməsi (Performance Evaluation) prosesində iştirak;
Təlim və inkişaf ehtiyaclarının müəyyən edilməsi;
HR hesabatlarının hazırlanması və əsas göstəricilərin (KPI) təhlili;
Təşkilati struktur, vəzifə təlimatları və daxili prosedurların hazırlanmasında iştirak;
HR proseslərinin optimallaşdırılması və avtomatlaşdırılması üzrə təkliflərin hazırlanması.
Tələblər
Ali təhsil (İnsan Resurslarının İdarə Edilməsi, Biznesin İdarə Edilməsi, Hüquq və ya əlaqəli sahələr üzrə);
HR sahəsində minimum 3 il iş təcrübəsi;
Azərbaycan Respublikasının Əmək Məcəlləsi və əmək qanunvericiliyi üzrə biliklər;
ƏMAS sistemi ilə sərbəst işləmək bacarığı;
Recruitment, HR Administration və Employee Relations sahələrində praktiki təcrübə;
MS Office, xüsusilə Excel və Word proqramları üzrə biliklər;
HR hesabatlarının hazırlanması və məlumatların təhlili bacarığı;
Azərbaycan dilində sərbəst ünsiyyət bacarığı; rus və ingilis dili bilikləri üstünlükdür;
Yüksək kommunikasiya, təşkilatçılıq və problem həll etmə bacarıqları;
Məsuliyyətli, təşəbbüskar və nəticəyönümlü olmaq.
Üstünlük hesab olunur: Tikinti və daşınmaz əmlak sektorunda iş təcrübəsi.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
