Vakansiya haqqında
İş yeri Bakı şəhərindədir.
Əmək funksiyaları
Hotel, restoran, kafe və şadlıq sarayları ilə əməkdaşlıq qurmaq, şirkət istehsalı olan məhsulların satışını təmin etmək;
Yeni məhsulların müştərilər tərəfindən tanınmasına və satış məntəqələrində təqdim olunmasına dəstək vermək, yaranan məsələləri operativ şəkildə həll etmək;
Müştərilərlə müqavilələrin bağlanmasına nail olmaq, işgüzar münasibətləri qurmaq və davam etdirmək;
Öz ərazisində satış həcmi aşağı olan nöqtələrdə satışın artırılması üçün tədbirlər görmək;
Təyin olunmuş satış bölgəsini yaxşı tanımaq, yeni müştəriləri müəyyənləşdirərək şirkətə cəlb etmək;
Sifarişləri qəbul etmək;
Müştəri məmnuniyyətini qorumaq;
Ticarət nöqtələrinin inkişaf etdirilməsi ilə bağlı işləri həyata keçirmək;
Daxili nizamnamə və əmək müqaviləsi ilə müəyyən edilmiş şərtləri və öhdəlikləri vaxtında və səmərəli şəkildə yerinə yetirmək.
Tələblər
Vakansiya həm bəy, həm də xanım namizədlər üçün nəzərdə tutulub;
HoReCa sahəsində minimum 3 il iş təcrübəsi;
Spirtli içkilər kateqoriyası üzrə iş təcrübəsi;
Şəxsi avtomobilin olması mütləqdir;
Bakı və Bakı ətrafı əraziləri tanıması, eləcə də müəyyən müştəri bazasının olması;
CV forması ciddi şəkildə tərtib olunmalıdır: təhsil barədə dolğun məlumat, əvvəlki iş yerləri haqqında ətraflı məlumat, yaşayış yerinin dəqiq göstərilməsi, CV-də namizədin fotoşəklinin yerləşdirilməsi və s.
İş şəraiti
İş qrafiki: bazar ertəsi - cümə, saat 09:00 - 18:00;
Nahar fasiləsi: 13:00 - 14:00;
Əmək haqqı: müsahibə zamanı namizədin bilik və bacarığına uyğun müəyyən ediləcək.
Mövzu yerinə “HoReKa” yazaraq CV-nizi h.hasanov@xan.az və s.gurbanov@xan.az elektron poçt ünvanlarına göndərməyiniz xahiş olunur.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
