Vakansiya haqqında
Trywex Tech bizneslər üçün innovativ rəqəmsal həllər, veb və mobil tətbiqlər, eləcə də biznes proseslərinin avtomatlaşdırılması xidmətləri təqdim edən texnoloji şirkətidir. Komandamızı genişləndiririk və potensial müştərilərlə birbaşa ünsiyyət quraraq xidmətlərimizi təqdim edəcək Direct Field Sales Representative axtarırıq.
Vəzifə öhdəlikləri
Potensial müştəriləri müəyyən etmək və onlarla birbaşa əlaqə qurmaq
Bakı şəhərində müxtəlif biznes obyektlərinə (gözəllik salonları, bərbərxanalar, xidmət mərkəzləri və s.) səfərlər həyata keçirmək
Şirkətin rəqəmsal məhsul və xidmətlərini müştərilərə təqdim etmək
Məhsulların üstünlüklərini və biznes üçün yaratdığı dəyəri izah etmək
Yeni müştərilərin cəlb edilməsi və satış hədəflərinin yerinə yetirilməsi
Potensial müştərilərin əlaqə məlumatlarını toplamaq və CRM sistemində qeydiyyat aparmaq
Müştərilərin ehtiyaclarını müəyyənləşdirmək və uyğun həllər təklif etmək
Gündəlik və həftəlik satış fəaliyyəti üzrə hesabatlar hazırlamaq
TƏLƏBLƏR
Azərbaycan dilində sərbəst və səlis danışıq bacarığı mütləqdir. Rus dil - arzuolunandır.
Güclü kommunikasiya, təqdimat və inandırma qabiliyyəti
Aktiv satış və müştəri cəlbetmə sahəsinə maraq
Nəticəyönümlü, təşəbbüskar və məsuliyyətli olmaq
İnsanlarla asanlıqla ünsiyyət qurmaq bacarığı
Sahədə aktiv işləməyə və müxtəlif biznes obyektlərinə səfər etməyə hazır olmaq
Satış sahəsində iş təcrübəsi üstünlükdür, lakin təcrübəsi olmayan, öyrənməyə həvəsli namizədlər də müraciət edə bilərlər
Kimlər üçün uyğundur?
Bu vakansiya əlavə qazanc fürsəti axtaran təcrübəli mütəxəssislər və ya aktiv ünsiyyəti sevən, insanlarla işləməkdən zövq alan, ofisdən kənarda dinamik iş mühitinə üstünlük verən və satış sahəsində karyera qurmaq istəyən bəy və xanım namizədlər üçün uyğundur.
Nə təklif edirik?
Satış nəticələrinə əsaslanan bonus sistemi ( 10%-20% hər satışdan )
Satış və kommunikasiya bacarıqlarının inkişafı
Şirkətin məhsulları üzrə ilkin təlim
Peşəkar və dinamik komandada iş imkanı
Karyera inkişafı və gələcəkdə Sales Team Lead vəzifəsinə yüksəlmək perspektivi
İnkişaf edən texnologiya şirkətində müxtəlif rəqəmsal məhsullarla işləmək imkanı
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
