Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

ATB Bank

Terminallarla iş üzrə mütəxəssis

BakıMənbə: Hellojob.az

Vakansiya haqqında

Təsvir Bankın ödəniş terminallarının fasiləsiz, təhlükəsiz fəaliyyətini və səmərəli istifadəsini təmin etmək; Nasazlıqların vaxtında aşkarlanması və aradan qaldırılması məqsədilə terminalları test rejimində yoxlamaq; Terminalların istifadəsinə dair təlimatları hazırlamaq, müvafiq sənədləşməni aparmaq və təlimatlara lazımi dəyişiklikləri vaxtında etmək; Real iş rejimində olan terminalların istismar nəticələrini, proqram təminatındakı dayanmaları, eləcə də məlumat emalında keyfiyyət və sürətin aşağı düşməsi səbəblərini araşdırmaq, çatışmazlıqların aradan qaldırılması üçün tədbirlər görmək; Filialların və xidmət mərkəzlərinin texniki sorğularına cavab vermək; ADM və Ödəniş Terminallarına texniki dəstək göstərmək (təmir, profilaktika, ümumi təmizlik). Tələblər Ali təhsil (texniki); İnformasiya texnologiyaları sahəsində 3 illik iş stajı; Azərbaycan dilini mükəmməl, ingilis və rus dillərini orta səviyyədə bilmək; SQL bilikləri və sorğu yazmaq bacarığı; Hardware (texniki avadanlıq) və software (proqram təminatı) üzrə ümumi biliklər Kompüter proqramlarında işləmək qabiliyyəti (Microsoft Office, FlexCube, CASPEL və sair); Yeni informasiya texnologiyaları və ofis avadanlığından səmərəli istifadə bacarığına malik olmaq.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.