Vakansiya haqqında
Görəcəyiniz işlər:
Elektrik lövhələrində (panolarda) hər hansı bir nasazlığın araşdırılıb tapılması və aradan qaldırılması;
İdarə olunan və olunmayan işıqlandırma cihazlarının (lampaların) dəyişdirilməsi, tələb olunan halda təmiri;
Bütün görülən işlər haqqında qeydlərin aparılması və hesabatın hazırlanması;
Rəhbərlik tərəfindən verilən digər tapşırıqların icrası.
Bizim üçün uyğun namizəd:
Ali və ya orta ixtisas təhsilli (elektrik);
Sahə üzrə 2 ildən artıq iş təcrübəsi;
10 kV-luq transformator məntəqəsinin 0,4 kV tərəfinə texniki qulluq etmə (yüksək gərginliyə girmək üçün icazəsi, həmçinin digər sertifikatı olanlara üstünlük verilir);
Avtomatik rejimli dizel generatorlarla işləmə bacarığı;
Qazanxana avadanlıqları, soyutma CHILLER, VRV və kondisionerlərlə işləmə bacarığı;
İnvertorlu mühərriklərlə işləmə bacarığı;
Gərginlik tənzimləyiciləri (gərginlik stabilizatorları) ilə işləmə bacarığı;
UPS sistemləri ilə işləmə bacarığı;
Kontaktor, rele, avtomat və s. cihazlarla işləmə bacarığı;
Avadanlıqların işləməsinə avtomatik nəzarət sistemi (BMS) ilə işləmə bacarığı;
Yanğınsöndürmə sistemləri ilə işləmə bacarığı olan şəxsdir.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
