Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

ABB

Maliyyə hesabatlığı və təhlil şöbəsinin mütəxəssisi

Şəhər göstərilməyibMənbə: Hellojob.az

Vakansiya haqqında

Görəcəyiniz işlər: ∙ Əsas maliyyə hesabatlarının hazırlanması (balans, mənfəət-zərər və s); ∙ Rəhbərliyin tələblərinə əsasən (gündəlik/aylıq/rüblük/illik) hesabatların hazırlanması; ∙ Hesabat və analitik məqsədlər üçün Rəhbərlik tərəfindən tələb olunan məlumatların təqdim olunması; ∙ Tələb olunan hesabat formasına uyğun düzgün datanın əldə olunması, datanın yoxlanılması və təhlil olunması, tələb olunan hesabat formasına uyğunlaşdırılması (iri həcmli data ilə işləmə bacarığı); ∙ Təqdim olunan hesabatlar üzrə göstəricilərin düzgünlüyünün yoxlanılması, fərqlərin araşdırılması və müvafiq düzəlişlərin edilməsi; ∙ Məlumatların keyfiyyəti ilə bağlı bir problem aşkar etdikdə, lazımi tədbirlərin görülməsi. Bizim üçün uyğun namizəd: ∙ Ali təhsil (Maliyyə istiqaməti üzrə); ∙ ACCA, CFA, CFI və s. maliyyə sertifikatların olması arzuolunandır; ∙ Data Analitika, Bank, Hesabatlıq və ya Maliyyə sahəsində ən az 3 il iş təcrübəsinə sahib; ∙ SQL, MS Office proqramlarında işləmə təcrübəsi; ∙ İnduktiv və analitik təhlil bacarığına sahib; ∙ Yaradıcılıq və innovasiya bacarığına sahib; ∙ Problemləri həll etmə bacarığına malik; ∙ Layihələrin idarə olunması bacarığına sahib olan şəxsdir.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.