Vakansiya haqqında
YALNIZ ŞƏRTLƏRƏ UYĞUNSUNUZSA MÜRACİƏT EDİN! Müraciətlər ilkin olaraq AI ilə yoxlanılır, yalnız uyğun namizədlərlə əlaqə saxlanılır.
Əsas şərtlər:
• Texniki baza: Proqramlaşdırma biliyi. IT tələbələrinə üstünlük verilir.
• Təcrübə: Şəxsi GitHub layihələri, Claude və prompt hazırlamaq təcrübəsi.
• Dil: Sərbəst ingilis dili; rus dili üstünlükdür.
• İş formatı: Tam onlayn, sərbəst qrafik, gündəlik qısa görüşlər.
• Ödəniş: İlk 2 ay ödənişsizdir. AI alətləri və abunəlikləri biz təmin edirik.
AI LAYİHƏLƏRİ ÜZRƏ TEXNİKİ ASSİSTENT — TƏCRÜBƏÇİ
Claude və Codex ilə ideyaları real layihələrə çevirəcək, araşdırmağı və yeni həllər sınamağı sevən komanda yoldaşı axtarırıq.
Görəcəyiniz işlər:
• AI ilə tətbiqlər, masaüstü proqramlar və avtomatlaşdırmalar hazırlamaq.
• İdeyaları araşdırıb ilkin işlək versiyalar yaratmaq.
• Claude üçün təlimatlar və “skill”lər hazırlamaq.
• AI mövzusunda alətlər, videolar və vizual nümunələr tapmaq.
• Nəticələri yoxlamaq və təkmilləşdirmək.
İş prinsipi:
Birlikdə araşdırıb öyrənəcəyik, sizə istiqamət veriləcək. Sizdən təşəbbüs, məsuliyyət və müntəzəm ünsiyyət gözləyirik. Tapşırıqlar bir neçə gün çəkə bilər — çətinlik yaranarsa, son günü gözləmədən bildirməyiniz vacibdir.
Ödəniş və inkişaf:
İlk 2 aydan sonra nəticələr və qarşılıqlı uyğunluq əsasında ödənişli əməkdaşlıq nəzərdə tutulur. Məbləğ ayrıca razılaşdırılacaq, hər 3 aydan bir maaş artımı dəyərləndiriləcək. Real layihələr üzərində işləyərək praktiki təcrübə qazanacaqsınız.
Müraciət üçün göndərin:
• Özünüz haqqında qısa məlumat və həftəlik ayıra biləcəyiniz vaxt.
• GitHub profiliniz və 1–2 layihə: nəyi özünüz etmisiniz, AI-dən necə istifadə etmisiniz?
• İlk 2 ayın ödənişsiz olması ilə razılığınız.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
