Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

PASHA Bank

Back-end Proqramlaşdırma Funksional sahəsinin Mütəxəssisi

BakıMənbə: Hellojob.az

Vakansiya haqqında

Təsvir Rəqəmsal məhsulların yaradılması üzrə back-end proqramlaşdırma dilləri və framework-lərindən istifadə etməklə keyfiyyətli, dayanıqlı və təhlükəsiz proqram təminatları hazırlamaq. Proqram təminatında baş verən hadisələrin qeydiyyatını aparmaq, məlumatların daxili və xarici sistemlərlə mövcud tələblərə uyğun inteqrasiyasını həyata keçirmək və izləmək. Bulud hesablama həlləri üzrə inteqrasiyaları həyata keçirmək, CI/CD proseslərində yaxından iştirak etmək və proseslərin optimallaşdırılması üzrə təkliflər irəli sürmək. Back-end həllərin hazırlanması üzrə mövcud prinsip və prosedurları tətbiq etməklə miqyaslana bilən, dayanıqlı və nasazlıqlara davamlı proqram təminatları yaratmaq. Dəqiq və funksional həllərin hazırlanması məqsədilə qəbul edilmiş konvensiya və qaydalara uyğun kod yazmaq, komanda üzvlərinin kodlarını nəzərdən keçirmək. Biznes tələblərini ətraflı təhlil etmək, üçüncü tərəflərlə əməkdaşlıq etmək, onların təqdim etdiyi verilənlər bazaları, kitabxanalar və API-lərlə işləmək. Texniki maneələrin aradan qaldırılması və biznes ehtiyaclarının qarşılanması məqsədilə texniki həllər hazırlamaq, digər komanda üzvləri ilə mütəmadi əməkdaşlıq etmək və arxitektura həllərinin təkmilləşdirilməsi üzrə təkliflər vermək. Agile iş metodologiyalarının tətbiqini, təkmilləşdirilməsini və dəstəklənməsini təmin etmək. Komandanın məsuliyyət daşıdığı proqram təminatları üzrə unit və inteqrasiya testlərini hazırlamaq, keyfiyyət təminatı testlərində fəal iştirak etmək, proqram təminatının sürətini, keyfiyyətini və dayanıqlılığını yoxlamaq. Şöbənin fəaliyyətini şirkətdə mövcud olan daxili prosedurlara, məxfilik siyasətinə və qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun həyata keçirmək. Tələblər Təhsil: İnformasiya texnologiyaları, kompüter elmləri, riyaziyyat və digər müvafiq sahələr üzrə bakalavr dərəcəsi. Tələb olunan iş təcrübəsi: Proqram təminatının hazırlanması və ya proqram mühəndisliyi sahəsində minimum 3 il iş təcrübəsi. Lisenziya/Sertifikat: Tələb olunmur. Xarici dillər: İngilis dili – yaxşı səviyyədə. Kompüter bilikləri: Java, Kotlin, Golang və ya Python proqramlaşdırma dillərindən hər hansı birini yüksək səviyyədə bilmək. Verilənlərin strukturları və alqoritmlər üzrə mükəmməl biliyə malik olmaq. İnfrastruktur dizaynı və prinsipləri haqqında yaxşı anlayış və praktiki təcrübəyə malik olmaq. Əhatəli unit və inteqrasiya testləri hazırlamaq bacarığı. SQL və NoSQL verilənlər bazaları, onların effektiv istifadəsi və optimallaşdırılması üzrə mükəmməl biliklərə malik olmaq. CI/CD prosesləri üzrə təcrübəyə malik olmaq. Kodlaşdırma standartları və proqramlaşdırma təcrübələrini dərindən bilmək. LDAP, SSO, RESTful API, SOAP və build alətləri üzrə biliklərə malik olmaq. Konteynerləşdirmə texnologiyaları ilə işləmək bacarığı və Multi-Threading üzrə praktiki təcrübə. Məhsul üzrə biliklər: JIRA və ya digər tapşırıqların idarə edilməsi vasitələri ilə işləmək bacarığı. Versiya nəzarət sistemləri (Git) üzrə biliklər. Başqa tələblər: Əla ünsiyyət, komanda işi, mentorluq və hesabatlılıq bacarıqları. Üstünlük verilir: Bankçılıq sahəsində iş təcrübəsi, mürəkkəb strukturlu proqram təminatlarının hazırlanması bacarığı, təhlükəsizlik standartları üzrə biliklər, kod dizayn üsulları (Design Patterns), kodun yenidən işlənməsi (Refactoring), yüksək miqyaslı proqram təminatlarının hazırlanması, cüt proqramlaşdırma (Pair Programming), effektiv testlərin hazırlanması, mikroservis (Microservices) və hadisələrə əsaslanan arxitekturalar (Event-Driven Architecture) üzrə praktiki təcrübə, texniki həllərin strukturlaşdırılmış şəkildə sənədləşdirilməsi bacarığı.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.