Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

Azpipet MMC

Satınalma və satış üzrə mütəxəssis

BakıMənbə: Hellojob.az

Vakansiya haqqında

Vəzifənin adı: Satınalma və Satış üzrə Mütəxəssis Vəzifə öhdəlikləri Şirkətin gündəlik və dövri satınalma ehtiyaclarını müəyyən etmək və planlaşdırmaq; Təchizatçılarla əlaqə saxlamaq, yeni təchizatçıların araşdırılmasını və seçilməsini həyata keçirmək; Satın alınan məhsullar üzrə qiymət təklifləri toplamaq, qiymət və keyfiyyət müqayisəsi aparmaq; Qiymət, ödəniş və çatdırılma şərtləri üzrə danışıqlar aparmaq; Şirkətin məhsul ehtiyatlarına nəzarət etmək və vaxtında sifarişlərin verilməsini təmin etmək; Azpipet şirkətinin məhsullarının satışını həyata keçirmək; Mövcud müştərilərlə işgüzar əlaqələri qorumaq və yeni müştərilərin cəlb olunması istiqamətində fəaliyyət göstərmək; Müştərilərə məhsullar haqqında ətraflı məlumat vermək, qiymət təklifləri hazırlamaq və sifarişləri qəbul etmək; Müştəri ehtiyaclarını müəyyən etmək və uyğun məhsullar təklif etmək; Satış sifarişlərinin icrasına və çatdırılma prosesinə nəzarət etmək; Satınalma və satış üzrə hesabatların hazırlanmasını və sənədləşməni həyata keçirmək; Satış həcminin artırılması və xərclərin optimallaşdırılması istiqamətində təkliflər vermək. Namizədə tələblər Satınalma və ya satış sahəsində minimum 1 il iş təcrübəsi; Müştərilərlə və təchizatçılarla danışıqlar aparmaq bacarığı; Satış və müştəri münasibətlərinin idarə edilməsi bacarığı; MS Excel və MS Office proqramları ilə işləmək bacarığı; Ünsiyyət qurmaq və inandırma bacarığı; Məsuliyyətli, dəqiq və təşəbbüskar olmaq; Komanda ilə işləmək bacarığı. Karyera imkanları və təminatlar Korporativ nömrə Korporativ telefon Əmək şəraiti və şərtləri Ünvan: Bakı Əmək haqqı: 700-1000 manat İş günləri: həftə içi 5 gün (6-cı gün qısaldılmış) AR ƏM-nə uyğun sənədləşmə Gizlilik təminatı Şirkətə müraciət edən namizədlərin fərdi məlumatları, həmçinin müraciəti barədə məlumatlar 3-cü tərəf qarşısında paylaşılmır

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.