Vakansiya haqqında
Təsvir
İnformasiya təhlükəsizliyi üzrə prosedur və qaydaların hazırlanmasında birbaşa iştirak və onların tətbiqinin təmin edilməsi;
Bank əməkdaşları üçün informasiya təhlükəsizliyi üzrə təlimlərin keçirilməsi və maarifləndirmə tədbirlərinin həyata keçirilməsi;
İnformasiya təhlükəsizliyi infrastrukturu ilə bağlı daxili sənədlərin idarə edilməsinin təmin edilməsi;
İnformasiya təhlükəsizliyi üzrə daxili və xarici audit proseslərində iştirak edilməsi;
İnformasiya təhlükəsizliyi insidentlərinin və risklərinin idarə edilməsi proseslərində iştirak edilməsi;
Rəhbərliyin tapşırıqlarına uyğun olaraq fəaliyyət istiqaməti üzrə digər vəzifələrin icra edilməsi.
Tələblər
İnformasiya texnologiyaları, informasiya təhlükəsizliyi, kompüter mühəndisliyi, kompüter elmləri və ya digər əlaqəli ixtisaslar üzrə ali təhsil;
Azərbaycan dilini mükəmməl, ingilis və rus dillərini orta səviyyədə bilmək;
İnformasiya təhlükəsizliyi sahəsində minimum 2 il iş təcrübəsi;
ISO 27001, ISO 27002 və ISO 27005 standartları və informasiya təhlükəsizliyinin idarəetmə sistemləri üzrə nəzəri və praktiki biliklər;
PCI DSS standartı və kart məlumatlarının qorunmasına dair tələblər üzrə biliklər;
COBIT və ITIL çərçivələri, İT idarəetmə və təhlükəsizlik prosesləri üzrə biliklər;
Texniki sənədləri oxumaq və təhlil etmək bacarığı;
İnformasiya təhlükəsizliyi üzrə prosedur və qaydaları hazırlamaq, eləcə də onların tətbiqini təmin etmək bacarığı;
Əməkdaşlar üçün informasiya təhlükəsizliyi üzrə təlimlər keçirmək və maarifləndirmə tədbirləri həyata keçirmək bacarığı;
Jira ITSM platformasında proseslərin yaradılması və idarə edilməsi üzrə əsas biliklər;
İnformasiya təhlükəsizliyi və informasiya texnologiyaları üzrə əsas biliklər;
Məsuliyyətlilik, təşəbbüskarlıq, intensiv iş rejimində və komandada işləmək bacarığı;
Xarici tərəfdaşlarla effektiv işgüzar kommunikasiya qurmaq və danışıqlar aparmaq bacarığı.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
