Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

ABB

Data science üzrə funksional sahə rəhbəri

Şəhər göstərilməyibMənbə: Hellojob.az

Vakansiya haqqında

Görəcəyiniz işlər: Data Science komandasına rəhbərlik etmək, data scientist-lərə mentorluq göstərmək, onların işini, prioritetlərini və nəticələrini izləmək, texniki və peşəkar inkişaflarını dəstəkləmək; Modelləşdirmə metodologiyası, kod keyfiyyəti, eksperimentlərin izlənməsi, modellərin validasiyası, sənədləşmə və nəticələrin təkrarlana bilənliyi üzrə Data Science standartlarını müəyyən etmək və müntəzəm kod və model yoxlamaları (review) vasitəsilə onlara riayəti təmin etmək; Rəhbərlə birlikdə Data Science işlərini planlaşdırmaq və prioritetləşdirmək, komanda KPI-larının icrasını izləmək, AI strategiyasının və istifadə ssenarilərinin (use-case) formalaşdırılmasında iştirak etmək; Agile komandalarda analitik və maşın öyrənməsi modellərinin, o cümlədən GenAI / LLM əsaslı həllərin hazırlanması, tətbiqi və dəstəklənməsi üzrə praktiki ekspertiza təqdim etmək; Bankın yeni daxili AI/ML platforması olan OpenShift AI-da (workbench-lər, data science pipeline-ları, model serving və model monitorinqi) Data Science standartlarına riayəti təmin etmək və nəzarət etmək; Production mühitindəki modellərin MLOps üzrə ən yaxşı təcrübələrə (versiyalaşdırma, CI/CD, performans və drift monitorinqi, yenidən öyrədilmə), eləcə də Bankın model idarəetməsi (model governance) və Məsuliyyətli AI (Responsible AI) tələblərinə uyğunluğunu təmin etmək; Data scientist-lərin təlim ehtiyaclarını müəyyən etmək, təlimlər və müntəzəm bilik paylaşımı sessiyaları təşkil etmək; Digər komanda rəhbərləri, product owner-lər və biznes bölmələri ilə birlikdə analitik modellərin dəyər yarada biləcəyi sahələri müəyyən etmək, dataya əsaslanan qərarların qəbulunda proaktiv məsləhətçi kimi çıxış etmək və nəticələri rəhbərliklə bölüşmək; Güclü Data Science komandasının formalaşdırılması üçün işə qəbul proseslərində fəal iştirak etmək; Xarici tərəfdaşlar, vendorlar və universitetlərlə əlaqələr qurmaq, Data Science və AI sahəsində ən son trend və texnologiyaları izləməkdir. Bizim üçün uyğun namizəd: Data Science / Machine Learning sahəsində, o cümlədən texniki liderlik və ya mentorluq üzrə minimum 5 illik iş təcrübəsinə; İngilis dilini yüksək səviyyədə bilən; Kompüter elmləri, Statistika, Data Science və ya Data Analytics ixtisası üzrə ali təhsilə (üstünlükdür); Böyük həcmli verilənlər üzərində ML, o cümlədən anomaliyaların aşkarlanması və optimallaşdırma üzrə ekspert səviyyəli biliklərə və bu bilikləri həmkarlarına öyrətmək bacarığına; Python, SQL və geniş istifadə olunan ML kitabxanaları (scikit-learn, XGBoost/LightGBM, PyTorch və s.) üzrə güclü biliklərə; Modellərin production mühitinə çıxarılması və istismarı (MLOps) üzrə praktiki təcrübəyə (model packaging, CI/CD, model registry, monitorinq, MLflow, Docker, Kubernetes və s.); Kubernetes əsaslı ML platformaları (Red Hat OpenShift AI, Kubeflow, KServe və ya oxşar) ilə iş təcrübəsinə (OpenShift AI təcrübəsi böyük üstünlükdür); Bank sahəsinə aid istifadə ssenariləri (kredit riski, fırıldaqçılıq, müştəri itkisi, müştəri analitikası və s.), model validasiyası və idarəetmə prosesləri üzrə təcrübəyə (üstünlükdür); GenAI / LLM əsaslı həllər üzrə praktiki təcrübəyə (üstünlükdür); Yüksək ixtisaslı mütəxəssislərin cəlb edilməsi, seçimi və adaptasiyası üzrə təcrübəyə; Əla kommunikasiya bacarıqlarına, xüsusilə biznes tərəfdaşları ilə effektiv ünsiyyət qurmaq bacarığına; Agile mühitində müxtəlif texniki və biznes komandaları ilə işləmək bacarığına və motivasiyasına sahib olan şəxdir.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.