Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

Touran Hospitality LLC

Turizm üzrə satış və əməliyyatlar meneceri

BakıMənbə: Hellojob.az

Vakansiya haqqında

Şirkət: Baku City Tours | İş yeri: Bakı, ofis Baku City Tours komandası incoming turizm sahəsində müştəri sorğularını idarə edəcək, aktiv satış həyata keçirəcək və tur paketlərinin hazırlanmasında iştirak edəcək təcrübəli xanım əməkdaş axtarır. Əsas vəzifələr: Daxil olan turizm sorğularını operativ cavablandırmaq, uyğun təkliflər hazırlamaq və satışa çevirmək; Ofisə müraciət edən fərdi müştərilərə tur və digər turizm xidmətlərinin satışını həyata keçirmək; Müştərilərlə mütəmadi əlaqə saxlamaq, təklifləri izləmək və rezervasiyaları yekunlaşdırmaq; Hotellərdən və digər tərəfdaşlardan qiymət almaq, tur paketlərinin proqramını və qiymət hesablamasını hazırlamaq; Bələdçilər, hotellər və nəqliyyat tərəfdaşları ilə koordinasiyanı təmin etmək; Yeni turizm məhsulları və marşrutlarının hazırlanmasında iştirak etmək; B2B görüşlərdə və tədbirlərdə şirkəti təmsil etmək, yeni tərəfdaşlıq əlaqələri qurmaq; CEO-nun satış, tərəfdaşlıq və gündəlik fəaliyyətlə bağlı birbaşa tapşırıqlarını icra etmək. Namizədə tələblər: Turizm şirkəti və ya hotel sahəsində iş təcrübəsi; Güclü satış bacarıqları və aktiv satış üzrə praktiki təcrübə; Rus və ingilis dillərində mükəmməl şifahi və yazılı ünsiyyət; Tur paketlərinin hazırlanması, qiymətlərin hesablanması və rezervasiya prosesləri üzrə biliklər; Müştərilərlə ünsiyyət, danışıqlar aparmaq və işgüzar yazışma bacarığı; Ofis proqramları ilə sərbəst işləmək; Təşəbbüskarlıq, məsuliyyət, operativlik və nəticəyönümlü yanaşma; Eyni vaxtda bir neçə sorğunu və işi planlı şəkildə idarə etmək bacarığı. Müraciət: CV-nizi “Turizm üzrə satış və əməliyyatlar meneceri” mövzusu ilə göndərin.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.