Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

ELS CLİNİC

Korreksion pedaqoq – Defektoloq

BakıMənbə: Hellojob.az

Vakansiya haqqında

Vakansiya: Korreksion pedaqoq – Defektoloq (inkişaf ləngimələri, idrak və psixi proseslərin korreksiyası üzrə) İş yeri: ELS Clinic Şəhər: Bakı İş qrafiki: Əmək qanunvericiliyinə uyğun İş təcrübəsi: Müvafiq sahə üzrə təcrübə arzuolunandır Əməkhaqqı: Qarşılıqlı razılaşma əsasında Əsas vəzifə öhdəlikləri Uşaqların psixoloji və idraki inkişaf səviyyəsinin ilkin qiymətləndirilməsini aparmaq; İnkişaf ləngimələrini və idrak sahəsində çətinlikləri müəyyənləşdirmək; Diqqət, yaddaş, təfəkkür, qavrama və təxəyyül kimi psixi proseslərin inkişafı və korreksiyası istiqamətində iş aparmaq; Uşaqların fərdi ehtiyaclarına uyğun korreksiya və inkişaf proqramları hazırlamaq və tətbiq etmək; İncə və kobud motorika, sensor inteqrasiya və qavrama bacarıqlarının inkişafına dəstək olmaq; Sosial adaptasiya, özünəxidmət və gündəlik həyat bacarıqlarının formalaşdırılması istiqamətində məşğələlər keçirmək; Namizədə tələblər Korreksion pedaqogika, defektologiya və ya xüsusi pedaqogika üzrə ali təhsil; İnkişaf ləngimələri və xüsusi təhsil ehtiyacları sahəsində nəzəri və praktiki biliklər; İdrak və psixi proseslərin inkişafı və korreksiyası üzrə metodik biliklər; Fərdi inkişaf və korreksiya proqramları hazırlamaq bacarığı; Autizm spektr pozuntusu, ümumi inkişaf ləngiməsi və digər neyroinkişaf xüsusiyyətləri olan uşaqlarla iş təcrübəsi arzuolunandır; Uşaqlarla işləmək bacarığı, səbirli, diqqətli və məsuliyyətli olmaq; Komanda ilə işləmək və valideynlərlə effektiv ünsiyyət qurmaq bacarığı. Müraciət qaydası E-poçtun mövzu hissəsində “Korreksion pedaqoq – Defektoloq” qeyd edilməlidir. Yalnız vakansiyanın tələblərinə uyğun namizədlərlə əlaqə saxlanılacaq. CV-nizi elsclinic2026@gmail.com elektron poçt ünvanına göndərin və ya WhatsApp vasitəsilə 050 805 00 20 nömrəsinə göndərə bilərsiniz.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.