Vakansiya haqqında
Təsvir
Kassa əməliyyatlarının bankdaxili prosedur və qaydalara uyğun şəkildə həyata keçirilməsi;
Valyuta mübadilə əməliyyatlarının dəqiq və operativ icrasının təmin edilməsi;
Pul vəsaitlərinin nominalına, dövriyyəyə yararlılığına və yararsızlığına uyğun olaraq çeşidlənməsi;
Bankomatların fasiləsiz fəaliyyətini təmin etmək məqsədilə nağd vəsaitlərin hazırlanması və yüklənməsi;
Aparılmış əməliyyatların uçot sənədlərində düzgün qeydiyyatının aparılması və müvafiq sistemlərdə əks etdirilməsi;
Kassa əməliyyatları üzrə gündəlik və dövri hesabatların hazırlanması;
Müştərilərə yüksək səviyyədə xidmət göstərilməsi, mədaxil və məxaric sənədlərinin düzgün işlənməsi.
Tələblər
Ali təhsil;
Rus dili biliyi üstünlükdür;
Microsoft Office proqramları ilə sərbəst işləmə bacarığı (MS Excel, MS Word və Outlook);
Güclü ünsiyyət qabiliyyəti;
Müştəriyönümlü və problem həll etmə bacarığı;
Yüksək səviyyədə riyazi hesablama bacarığı;
Dəqiqlik, məsuliyyətlilik və detallara diqqət yetirmək.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
