Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

Global Olympiyad Center

Multidisiplinar Dizayner

BakıMənbə: Hellojob.az

Vakansiya haqqında

Global Olympiad Center komandası olaraq sosial media, tədbirlər, reklam kampaniyaları və video kontentlər üzrə vizual kommunikasiyamızı daha da gücləndirəcək Multidisiplinar Dizayner axtarırıq. Bizim üçün əsas olan ideyanı anlayan, vizual düşünən, brend üslubunu hiss edən, detallara diqqət edən və komanda ilə birlikdə həm dizayn, həm də video istiqamətində kreativ həllər yarada bilən bir komanda yoldaşıdır. Bu rolda nələr olacaq? * Sosial media üçün kreativ vizualların hazırlanması * Reklam postları, story dizaynları, bannerlər və kampaniya materiallarının dizaynı * Afişa, sertifikat, diplom, broşür, roll-up, badge və digər çap materiallarının hazırlanması * Eventlər üçün vizual konseptlərin və dizayn materiallarının işlənməsi * Reels, qısa sosial media videoları və video montaj işləri * Mövcud brend üslubuna uyğun dizaynların hazırlanması * Komanda ilə birlikdə kreativ ideyaların hazırlanması və icrası Namizəddən gözləntilərimiz: * Dizayn sahəsində 3+ il təcrübə * Video montaj bacarığı * Rəng, kompozisiya, tipoqrafiya və vizual balans anlayışı * Kreativ düşüncə və detallara diqqət * Tapşırıqları vaxtında və məsuliyyətlə icra etmək bacarığı * Çap dizaynı və çap öncəsi hazırlıq bilikləri * Brend üslubuna uyğun işləmə bacarığı * Portfolio təqdim edilməsi mütləqdir Bilməli olduğu proqramlar: * Adobe Photoshop * Adobe Premiere Pro * Adobe After Effects Üstünlükdür: * Təhsil, event və ya sosial media sahəsində dizayn təcrübəsi * Reklam kreativləri hazırlamaq bacarığı * Motion design və animasiya bilikləri * Sürətli və dinamik iş mühitində işləmə təcrübəsi * Süni intellekt dizayn alətlərindən istifadə bacarığı Biz nə təklif edirik? * Beynəlxalq layihələrdə iştirak imkanı * Kreativ, gənc və dinamik komanda mühiti * Peşəkar inkişaf * Real tədbir və kampaniyalar üzərində işləmək təcrübəsi * Global Olympiad Center brendi ilə geniş portfolio formalaşdırmaq imkanı Qeyd edək ki, Portfolio göndərməyən namizədlərin müraciətləri dəyərləndirilməyəcək. İş saatı: I-V günlər 10:00 - 18:00 VI günlər 10:00-17:00

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.