Vakansiya haqqında
Əsas vəzifə və öhdəliklər
Filialın gündəlik fəaliyyətinin təşkilinə və nəzarətinə dəstək göstərmək;
Müəllim və inzibati heyətin iş prosesini koordinasiya etmək;
Əməkdaşların davamiyyətinə, iş intizamına və tapşırıqların icrasına nəzarət etmək;
Şagird və valideynlərlə peşəkar ünsiyyət qurmaq, müraciətləri operativ cavablandırmaq;
Yeni qeydiyyat və satış proseslərinin təşkilində iştirak etmək;
Dərs cədvəllərinə, siniflərin doluluğuna və dərs prosesinin düzgün təşkilinə nəzarət etmək;
Gündəlik, həftəlik və aylıq hesabatların hazırlanmasını təmin etmək;
CRM sistemində məlumatların düzgün və vaxtında qeyd olunmasına nəzarət etmək;
Rəhbərlik tərəfindən verilən tapşırıqların vaxtında və keyfiyyətlə icrasını təmin etmək;
Filial daxilində yaranan operativ problemləri müəyyənləşdirmək və həll yolları təklif etmək;
Filialın fəaliyyətinin daha səmərəli təşkili üçün təşəbbüslər irəli sürmək.
Namizədə dair tələblər
Ali təhsil (üstünlükdür);
Müvafiq sahədə minimum 1 il iş təcrübəsi;
İdarəetmə və təşkilatçılıq bacarığı;
Güclü ünsiyyət və komanda ilə işləmək bacarığı;
Microsoft Excel və Google Sheets proqramları ilə işləmək bacarığı;
Hesabat hazırlamaq və məlumatları təhlil etmək qabiliyyəti;
Yüksək məsuliyyət, dəqiqlik və operativlik;
Stress və təzyiq altında effektiv işləmək bacarığı;
Eyni zamanda bir neçə işi planlaşdırmaq və prioritetləşdirmək bacarığı;
Problem həll etmə və müstəqil qərarvermə qabiliyyəti;
Süni intellekt alətləri və müasir rəqəmsal texnologiyalardan istifadə bacarığı.
Uyğun namizədlər CV-lərini mail ünvanına vakansiyanın adını başlıq olaraq yazaraq təqdim edə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
