Vakansiya haqqında
SDET komandası bankın bütün tribe və squad-ları üçün vahid Quality Engineering platformasını inkişaf etdirir. Komandanın fəaliyyəti yalnız test avtomatlaşdırılması ilə məhdudlaşmır. Biz daxili automation framework-lər, REST Assured əsaslı API automation, CI/CD pipeline-larına inteqrasiya olunmuş Quality Gate-lər, real mobil cihaz infrastrukturu, test idarəetmə sistemləri, keyfiyyət dashboard-ları və AI əsaslı test alətləri üzərində işləyirik.
Əsas məqsədimiz bankda manual-heavy QA yanaşmasından automation-first Quality Engineering modelinə keçidi təmin etməkdir.
+ ' ' + 3+ il test automation təcrübəsi.
Güclü Java bilikləri (OOP, kolleksiyalar, streams) və təmiz kod yazma vərdişi.
Selenium WebDriver və ya Appium ilə UI automation təcrübəsi.
REST Assured ilə API automation təcrübəsi; HTTP, REST və JSON-un dərindən başa düşülməsi.
JUnit 5 və ya TestNG, Cucumber (BDD), Maven və ya Gradle.
Jenkins və ya GitLab CI/CD ilə testlərin pipeline-a inteqrasiyası.
Git ilə gündəlik iş (branch, merge request, code review).
SQL sorğuları yazmaq bacarığı.
Test dizaynı və test piramidası prinsiplərini bilmək.
+ ' ' + İnkişaf imkanları
Rəqabətli əmək haqqı və bonuslar
Yüksək təminatlı sığorta
Dəstəkləyici mühit
Visa Premium əmək haqqı kartı
Korporativ endirimlər
Korporativ tədbirlər
Əlavə məzuniyyət
Güzəştli təhsil və işçi krediti
+ ' ' + Framework inkişafı: daxili automation framework-ün (Java, Selenium, Appium, Cucumber) inkişafı, refaktorinqi və təkrar istifadə oluna bilən komponentlərin yaradılması.
API automation: Java və REST Assured ilə API testlərinin yazılması; Postman collection-larının REST Assured-ə miqrasiyasında, o cümlədən AI dəstəkli konversiyada iştirak.
Web və mobil UI automation: Selenium və Appium ilə Web, Android və iOS testlərinin yazılması; bir biznes ssenarisinin həm Android, həm iOS üçün istifadə olunması.
CI/CD və Quality Gates: testlərin Jenkins və GitLab CI/CD pipeline-larına inteqrasiyası, MR və release pipeline-ları üçün Quality Gate-lərin qurulması.
Etibarlılıq: flaky testlərin azaldılması, icra müddətinin qısaldılması, paralel icra, stabil locator və wait strategiyaları.
Test infrastrukturu: real Android/iOS cihazlardan ibarət test infrastrukturu, test data generasiyası alətləri və keyfiyyət dashboard-ları üzərində iş.
Hesabatlılıq: test nəticələrinin test management sisteminə inteqrasiyası, uğursuz testlərin və logların (Kibana və ya analoji alətlər) təhlili.
Code review: squad QA mühəndislərinin automation MR-larının texniki baxımdan yoxlanılması (standartlar, keyfiyyət, təkrar istifadə).
Enablement: QA mühəndislərinə framework, REST Assured və automation standartları üzrə dəstək və təlim; komandalardan gələn texniki sorğuların həlli.
AI ilə testləşdirmə: AI əsaslı test generasiyası, self-healing və automation maintenance alətlərinin pilotu və tətbiqi.
Üstünlükdür:
AI alətləri ilə automation təcrübəsi (AI-assisted kod yazma, test generasiyası, self-healing).
Allure TestOps və ya digər test management alətləri.
Mobil automation infrastrukturu: real cihazlar, Appium Grid, iOS automation (XCUITest).
Docker, Kubernetes və ya test mühitlərinin qurulması.
Test framework arxitekturası və ya daxili alətlərin (dashboard, test data tool) hazırlanması təcrübəsi.
Kafka, mikroservis və ya contract testing təcrübəsi.
JMeter ilə performans testləri.
Təhlükəsizlik testləri barədə biliklər.
Bank və maliyyə sektorunda iş təcrübəsi.
Kapital Bank iş mühiti, əlavə fürsətlər və digər vakansiyaları görüntüləmək üçün Kapital Bank Life səhifəsinə keçid edin.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
