Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

Bioloji Təbabət klinikası

Qeydiyyatçı

BakıMənbə: Hellojob.az

Vakansiya haqqında

Vakansiya: Qeydiyyatçı (Xarici pasiyentlərlə iş üzrə) Bioloji Təbabət Klinikası komandamıza xarici pasiyentlərlə işləmək bacarığına malik, ünsiyyətcil və məsuliyyətli qeydiyyatçı dəvət edir. Vəzifə öhdəlikləri Yerli və xarici pasiyentlərin qarşılanması, qeydiyyatının aparılması və müvafiq şöbələrə yönləndirilməsi; Xarici pasiyentlərlə rus və ingilis dillərində ünsiyyətin qurulması; Telefon zənglərinin, WhatsApp müraciətlərinin və onlayn sorğuların cavablandırılması; Xarici pasiyentlərə klinikanın xidmətləri, müayinə və müalicə prosesləri haqqında məlumat verilməsi; Həkim qəbullarının planlaşdırılması və koordinasiyası; Pasiyentlərin klinikada olduğu müddətdə yönləndirilməsi və onlara təşkilati dəstəyin göstərilməsi; Pasiyent məmnuniyyətinin təmin edilməsi və yüksək xidmət standartlarının qorunması. Namizədə tələblər Rus dilində sərbəst danışıq və yazışma bacarığı – mütləqdir; İngilis dili biliyi – üstünlükdür; Azərbaycan dilində səlis danışıq və yazı bacarığı; Xarici pasiyentlərlə peşəkar ünsiyyət qurmaq bacarığı; Yüksək ünsiyyət, təqdimat və təşkilatçılıq qabiliyyəti; Kompüter və MS Office proqramları ilə işləmək bacarığı; Məsuliyyətli, gülərüz, səbirli və komandada işləməyi bacaran; Klinika, xəstəxana, hotel və ya müştəri xidmətləri sahəsində iş təcrübəsi üstünlükdür. İş şəraiti İş yeri: Bioloji Təbabət Klinikası, Bakı filialı Ünvan: Səid Cəfər Pişəvəri küçəsi 110 Əməkhaqqı: 500-600 azn Peşəkar və dinamik iş mühiti; Karyera və peşəkar inkişaf imkanları. Müraciət qaydası Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Qeydiyyatçı – Xarici pasiyentlərlə iş” qeyd etməklə klinikanın müvafiq əlaqə ünvanına göndərə bilərlər.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.