Vakansiya haqqında
Birbankda Strategiya, büdcə və analitika şöbəsinin baş data analitiki rolunda bankın və ekosistemin inkişafına data əsaslı qərarlarla töhfə verəcək, analitikanı real biznes dəyərinə və daha yaxşı müştəri təcrübəsinə çevirəcək peşəkar axtarırıq.
+ ' ' + Maliyyə, iqtisadiyyat, riyaziyyat, statistika, informasiya texnologiyaları və ya əlaqədar sahə üzrə bakalavr dərəcəsi
Data analitika sahəsində minimum 3–5 il, bunun ən azı 2 ili bank/maliyyə sektorunda olmaqla iş təcrübəsi
SQL üzrə yüksək səviyyədə bilikləri (Window Functions, CTE, mürəkkəb JOIN-lar, performans optimizasiyası)
Power BI və ya Tableau ilə real layihə təcrübəsi (Data Model, DAX/LOD, RLS)
Python və ya R vasitəsilə data emalı və statistik analiz bacarıqları (minimum Pandas, NumPy səviyyəsində)
Seqmentasiya, korrelyasiya, reqressiya və zaman sıraları üzrə proqnozlaşdırma kimi statistik metodlar üzrə bilik və təcrübə
Analitik düşüncə və məlumatlara əsaslanan qərarvermə
Problem həlletmə bacarığı və nəticəyönümlülük
Effektiv kommunikasiya və komandaya sürətli uyğunlaşma
+ ' ' + Ekosistem səviyyəsində öyrənmə imkanları
Mentorluq və peşəkar inkişaf
Milyonlarla müştəri üçün real təsir yaratmaq
Dəstəkləyici və açıqfikirli mədəniyyət
Texnologiya və biznesin kəsişməsində karyera imkanı
Rəqabətli əməkhaqqı və bonuslar
Yüksək təminatlı sığorta
Visa Premium əməkhaqqı kartı
Korporativ endirimlər
Korporativ tədbirlər
Əlavə məzuniyyət günləri
+ ' ' + Kredit və depozit portfeli, komissiya gəlirləri və müştəri seqmentləri üzrə müntəzəm və ad-hoc analizlərin hazırlanması
Data anbarından (DWH) SQL vasitəsilə məlumatların çıxarılması, təmizlənməsi və biznes məntiqinə uyğun strukturlaşdırılması
İdarəetmə hesabatlığı üçün dashboard-ların Power BI və ya Tableau vasitəsilə hazırlanması və dəstəklənməsi
Biznes sahibləri ilə tələblərin toplanması və analitik məsələlərin düzgün formalaşdırılması
Data keyfiyyəti ilə bağlı problemlərin aşkarlanması və müvafiq komandalarla birgə həll edilməsi
Analiz nəticələrinin menecment üçün aydın və interpretasiya yönümlü formatda, biznes izahı ilə təqdim edilməsi
Junior analitiklərə metodoloji dəstəyin göstərilməsi və işlərinin nəzərdən keçirilməsi
Kapital Bank iş mühiti, əlavə fürsətlər və digər vakansiyaları görüntüləmək üçün Kapital Bank Life səhifəsinə keçid edin.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
